Icma.az
close
up
RU
Laçına Böyük Qayıdış: doğma yurdda yeni həyat ŞƏRH

Laçına Böyük Qayıdış: doğma yurdda yeni həyat ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Laçının işğaldan azad olunması ilə Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri yazıldı. Lakin Zəfərin əsl mənası yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bu tarixi qələbənin davamı olaraq işğaldan azad edilmiş torpaqlarda insanların doğma yurdlarına qayıdışının təmin edilməsi qarşıya mühüm vəzifə kimi qoyuldu. Laçında Böyük Qayıdış məhz bu məqsədin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin parlaq nümunəsidir.
2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma yurda qayıdışına start verildi. 31 ildən sonra öz torpaqlarına dönən sakinlərin yenidən Laçında məskunlaşması Böyük Qayıdış prosesinin mühüm mərhələlərindən birinə çevrildi. Dövlət tərəfindən köçürülən ailələrin rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait yaradıldı, insanların vaxtilə yaşadıqları ərazilərdə müasir və komfortlu evlər inşa edildi.
Böyük Qayıdış yalnız insanların doğma torpaqlara fiziki qayıdışı deyil, həmin ərazilərdə tamhüquqlu həyatın yenidən qurulması deməkdir. Bu baxımdan Laçında həyata keçirilən işlər kompleks xarakter daşıyır. Yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb və inzibati obyektlər, istirahət məkanları və digər sosial infrastruktur yaradılır. Beləliklə, qayıdan sakinlər üçün yalnız yaşayış yeri deyil, bütün zəruri imkanlara malik müasir həyat mühiti formalaşdırılır.
Laçının Zabux kəndində də bu yanaşma aydın görünür. Ümumi sahəsi 81 hektar olan kəndə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Burada yaşayış evləri ilə yanaşı, 50 yerlik uşaq bağçası, inzibati bina və tibb məntəqəsi inşa edilib. Kənddə evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunması isə yeni yaşayış məntəqələrinin müasir prinsiplər əsasında qurulduğunu göstərir.
Sus kəndində də sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Tamamilə yenidən qurulan kənddə fərdi evlərlə yanaşı, 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, istirahət parkı və uşaq meydançaları yaradılıb. Bu layihələr kənd sakinlərinin yalnız mənzil ehtiyacının deyil, sosial və ictimai tələbatlarının da nəzərə alındığını göstərir.
Bəylik kəndində də Böyük Qayıdışın davamlı xarakter daşıdığı görünür. Burada fərdi evlər, klub-icma mərkəzi, müxtəlif sosial və iqtisadi obyektlər inşa edilib, kənddaxili yollar salınıb, elektrik, rabitə və su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Eyni zamanda əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin yaradılması nəzərdə tutulub. Kənddə yaşıl enerjidən istifadə edilməsi də yeni yaşayış məkanlarının müasir tələblərə uyğun qurulduğunu nümayiş etdirir.
Laçın şəhərində isə qayıdış prosesi daha geniş miqyas alıb. 2026-cı ilin iyul ayına qədər şəhərdə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndində 217 ailənin, yəni 823 nəfərin, Sus kəndində 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndində isə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu göstəricilər Böyük Qayıdış prosesinin artıq real nəticələrini ortaya qoyduğunu göstərir.
Laçına qayıdan insanlar illər sonra doğma torpaqlarında yeni həyat qururlar. Burada qurulan yaşayış məntəqələri keçmişin sadəcə bərpası deyil, gələcəyə hesablanmış yeni inkişaf modelinin formalaşdırılmasıdır. Müasir məktəblərin, sosial obyektlərin, yaşayış binalarının və ictimai məkanların yaradılması Laçının yenidən canlı və dayanıqlı yaşayış məkanına çevrilməsinə xidmət edir.
Bu prosesin ən mühüm cəhətlərindən biri də qayıdışın mərhələli və planlı şəkildə həyata keçirilməsidir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Laçın şəhəri və rayonun kəndləri tədricən öz sakinlərinə qovuşur. Hər yeni köç karvanı illər əvvəl yarımçıq qalmış bir həyatın yenidən davam etməsi, bir ailənin doğma torpağına qayıtması və bir yurdun əvvəlki canlılığına qovuşması deməkdir.
Laçına Böyük Qayıdış həm də Azərbaycan dövlətinin öz vətəndaşlarına, tarixi torpaqlarına və gələcək nəsillərə münasibətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlər sübut edir ki, Zəfər yalnız hərbi meydanda qazanılmayıb. Bu Zəfər bu gün doğma torpaqlarda yeni evlərin, məktəblərin, sosial obyektlərin və yaşayış məkanlarının yaradılması ilə davam edir.
Laçınlıların doğma yurda qayıdışı bu şəhərin tarixində yeni mərhələnin başlanğıcıdır. 31 il davam edən həsrətin ardından Laçın yenidən öz sakinlərinin səsinə, həyatına və nəfəsinə qovuşur. Bu qayıdış keçmişin ağrılarının arxada qalmasını, gələcəyə inamın isə daha da möhkəmlənməsini ifadə edir.
Bu gün Laçında Böyük Qayıdışın hər yeni mərhələsi Azərbaycanın Zəfər tarixinin davamıdır. Doğma yurda qayıdan hər bir ailə ilə Laçının həyatında yeni bir səhifə açılır və bu qədim şəhər öz sakinləri ilə birlikdə gələcəyə doğru inamla addımlayır.

Elşən Ağalarov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
1 saylı Mayak kənd tam orta məktəbin direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri