Laçında ayı balası FOTO
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Laçında ayı balasının görüntüləri marağa səbəb olub.
Lent.az xəbər verir ki, Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib.
Kadrlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həmin kadrları təqdim edirik.
Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib.
Xatırladaq ki, Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.
Elgün Gəncimsoy
Baxış sayı:61
Bu xəbər 03 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















