Laçını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq Fuad Oqtay
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Dost və qardaş Azərbaycan parlamentinin 106 illiyinə həsr olunan konfransda iştirakda məmnunluq hissi keçirirəm. Parlamentlər arasında keçirilən bu cür iclasların önəmi çox böyükdür.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
O bildirib ki, bu cür konfranslar xalqların mənafeyini qorumaq üçün vacib amildir:
"Bu istiqamətdə Türkiyə-Azərbaycan qardaşlığının rolu isə danılmazdır. Bütün sahələrdəki əlaqələrimiz iki dövlətin deyil, iki qardaşın arasındakı əlaqələr kimi güclü və sağlam irəliləyir. Ona görə də biz həmişə deyirik ki, Laçını Ankaradan, Şuşanı İstanbuldan, Şirvanı Bursadan, Ağdaşı İzmirdən ayırmırıq".
"Əlbəttə ki, bu birlik İkinci Qarabağ müharibəsində bir daha ən yüksək səviyyədə özünü göstərdi. Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağına inanırıq. 44 günlük müharibədən sonra yaranan bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər", - deyə parlamentari əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















