Icma.az
close
up
RU
Laçınlı fermerlər üçün yeni imkan həftə bazarı

Laçınlı fermerlər üçün yeni imkan həftə bazarı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

26 avqust Laçın şəhəri günü münasibətilə yeni maraqlı layihə təqdim edilib. "Zerti" Aqrosənaye Parkında regionda ilk dəfə böyük alış-veriş məkanı - "Laçın həftə bazarı" fəaliyyətə başladı.

Layihənin əhəmiyyəti ondan ibarətdir ki, Laçın işğaldan azad olunandan sonra yaylaqlara köçən, orada orqanik keyfiyyətli məhsul istehsal edən fermerlərə dəstək məqsədilə nümunəvi bazar modeli yaradılsın. Çünki məhsul istehsal edən kəndli çox zaman alıcıyla birbaşa əlaqə qurmaqda çətinlik çəkir. Həftə bazarı isə imkan verəcək ki, insanlar məhsulu birbaşa istehsalçının özündən alsınlar, heç kəsə əlavə vəsait ödəməsinlər.

Laçın həftə bazarı nəzərdə tutulduğu kimi avqustun 26-da saat 9-da işə başlayıb. Həftə bazarında Bakı Abadlıq Xidmətinin öz təsərrüfatlarından başqa müstəqil fermer təsərrüfatları - bal, süd, ət, balıq məhsulları istehsalçıları da həvəslə piştaxta arxasına keçiblər. Bu haqda əvvəlcədən sosial şəbəkələrdə geniş məlumat verildiyinə görə, laçınlılar və ətraf bölgədə yaşayan yerli əhali böyük maraqla bazara gəliblər. Əsl Şərq bazarında təqdim olunan hər məhsul keyfiyyətli və təzədir.

Bazarın ilk günü Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidmətinin və Laçın Abadlıq Xidmətinin rəhbərliyi, həmçinin şəhər günü münasibətilə Laçına üz tutmuş ziyalılar, şəhərin qonaqları da iştirak ediblər. Bazara gələn hər kəs yerli biznesə dəstək olmağa çalışıb, bazardan heç kim əliboş qayıtmayıb.

Həftəbazarı layihəsinin davamlı olması nəzərdə tutulur. İlk təcrübə göstərdi ki, bazar turistlər üçün də maraqlıdır - səyahətdən geri dönəndə yerli məhsullarla, hədiyyə boxçalarıyla qayıtmağı kim istəməz ki?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri