Icma.az
close
up
RU
Lalə Azərtaş dərzi oldu FOTO

Lalə Azərtaş dərzi oldu FOTO

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrası çərçivəsində ilk tədbir keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.  Tədbir çərçivəsində 25 məktəblinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri təşkil olunub.

Səfər zamanı Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş  layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının, xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir.  Səfərin məqsədi barədə danışan L.Azərtaş bildirib ki,  şagirdlərin peşə liseyinə səfərinin təşkilində məqsəd təhsildən, xüsusilə də 9-cu sinifdən sonra məktəbdən  uzaqlaşdırılan məktəblilərin peşə təhsilinə marağını artırmaq, bununla da onların ailə qurmaq istəyinə, erkən nikah qurbanına çevrilmə ehtimalına qarşı maarifləndirmə işləri aparmaqdır.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Zibaxanım Cəfərli şagirdlərə mərkəzdə fəaliyyət göstərən emalatxanalar, tədris olunan ixtisaslar barədə məlumat verib. Bildirib ki, mərkəzi bitirən şagirdlər uyğun işlə təmin olunur. Şagirdlər peşə məktəbində təhsil alanlar üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər. Onlar maraqlandıran suallar cavablandırılıb.

Daha sonra tədbirdə peşə liseyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran münaqişəsi nə vaxt bitəcək? İsrail kəşfiyyatI açıqladı

14 İyun 2025 23:30see233

Messi klubunu dəyişə bilər

15 İyun 2025 00:23see171

İlanlar evləri basıb, Lerik Rayon İcra Hakimiyyəti tədbir görmür VİDEO

15 İyun 2025 00:39see141

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see130

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see127

Van Dammın azərbaycanlı gəlini: Çətin günlərdə bir birimizi sevdik

15 İyun 2025 01:42see122

Əfi ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ

15 İyun 2025 01:30see122

Bilgəhdə dənizdə batan uşağın meyiti sudan çıxarıldı

14 İyun 2025 22:21see120

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see120

Tottenhem Bavariya nın forvardını birdəfəlik transfer edib

15 İyun 2025 13:50see120

İki güləşçimiz qızıl medal qazandı Avropa çempionatı

14 İyun 2025 20:55see119

Putinlə Tramp 50 dəqiqə telefon DANIŞIĞI APARDI: Nüvə dosyesi ilə bağlı….

15 İyun 2025 00:32see119

Makaronda qurğuşun şoku

15 İyun 2025 07:18see118

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see116

Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO

15 İyun 2025 13:45see115

İsrail İran savaşının 2 cü günü

15 İyun 2025 07:58see114

Netanyahu təcili olaraq İsrailin hərbi siyasi kabinetini çağırıb

15 İyun 2025 01:21see113

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see113

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see111

Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür Efkan Ala

15 İyun 2025 12:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri