Icma.az
close
up
RU
Lampalara görə cərimələrlə əlaqədar protokol tərtib edəcək vəzifəli şəxslərin siyahısı müəyyənləşib

Lampalara görə cərimələrlə əlaqədar protokol tərtib edəcək vəzifəli şəxslərin siyahısı müəyyənləşib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Beləliklə, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük Komitəsi adından inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri, Komitənin Aparatının İstintaq idarəsinin rəisi, onun müavinləri, Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar, elektrik közərmə lampalarının istehsalına münasibətdə Energetika Nazirliyi adından – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş protokol tərtib edəcək.
Elektrik közərmə lampalarının satışına münasibətdə inzibati xətanı aşkar etmiş Energetika Nazirliyi adından energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş, inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi protokol tərtib etmək səlahiyyətində olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri