“LANDAU Lions” son periodda üstünlüyünü itirərək məğlub oldu
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv yeddinci turda Slovakiyanın "Prievidza" klubunu qəbul edib.
Bakı İdman Sarayında keçirilən G qrupunun qarşılaşması qonaqların 97:93 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan təmsilçisi ilk yarını üstün tamamlayıb və üçüncü periodun sonunda da hesabda öndə olub. Lakin sonuncu periodda üstünlüyünü qoruya bilməyən "LANDAU Lions" meydanı məğlub tərk edib.
Beləliklə, Bakı klubu yeddi oyunda altıncı məğlubiyyətini alıb. Bir qələbəsi olan "LANDAU Lions" səkkiz xalla G qrupunda sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti avrokubok oyununu dekabrın 9-da keçirəcək. "LANDAU Lions" Bakı İdman Sarayında Danimarkanın "Bakken Bears" klubunu qəbul edəcək.
Baxış sayı:121
Bu xəbər 18 Noyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















