“LANDAU Lions” məğlub oldu
Apasport saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk matçını keçirib.
Apasport.az xəbər verir ki, komanda G qrupunda İsveçrə təmsilçisi "Lions de Geneve"ni qəbul edib.
Erhan Tokerin baş məşqçisi olduğu kollektiv 83:105 hesabı ilə uduzub.
Görüş Bakı İdman Sarayında təşkil olunub.
Qeyd edək ki, "LANDAU Lions" qrupda "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.
Baxış sayı:93
Bu xəbər 07 Oktyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















