Icma.az
close
up
RU
Qala Sığorta dan şikayət: Ziyanı ödəmir

Qala Sığorta dan şikayət: Ziyanı ödəmir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb, avtomobilinə dəyən ziyanı ödəmir.

Bu barədə Valyuta.az-a zərərçəkən İmişli sakini Əyyub Xaliq oğlu Yusifov bildirilib. 

O bildirilib ki, ötən ilin oktyabr ayının 23-də səhər saatlarında İmişli rayon Qaralar dairəsində ona məxsus "Mercedes-Benz" E240 markalı 77. DO 348 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nuriyev Vüqar Rəhman oğlunun idarə etdiyi "Qaz 5312" markalı 30 BL 494 dövlət nömrə nişanlı avtomobil ilə toqquşub.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Avtomobil qəzası isə qarşı tərəfin günahı səbəbindən baş verib. Bunu yol polisinin tərtib etdiyi akt da sübut edir. Belə ki, İmişli rayon Polis Şöbəsinin DYPB-də yol-nəqliyyat hadisəsi araşdırılıb və "Qaz 5312" markalı 30 BL 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nuriyev Vüqar Rəhman oğlu barəsində İnzibati Xətalar Məcəllərinin 327.2 maddəsi ilə İXP6642859 saylı inzibati protokol tərtib olunub.

Avtomobilə dəymiş zərər üzrə "İmişli VAZ Təmir Stansiyası" MMC-də baxış keçirilib və şirkət tərəfindən avtomobilə dəyən zərərin 6010 manat olduğu müəyyən edilib.

Yol nəqliyyat hadisəsinə dair sənədlər 408957 nömrəli forma-4 elektron qaydada Qala Sığorta ASC-yə göndərilib. Sığorta şirkəti isə bununla razılaşmayıb avtomobilə dəyən zərərin 4500 manat olduğunu açıqlayıb. Bununla belə, sığorta şirkəti sonradan qərarını dəyişib və zərəri ödəməkdən də imtina edib. Bildirilib ki, qəzaya səbəbkar "Qaz 5312"-nin sürücüsü deyil,  Əyyub Yusifovdur. Hətta yol polisinin qərarından İmişli rayon prokurorluğuna şikayət edib. Prokurorluq isə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən "Qala Sığorta”nın şikayətini rədd edib.

İmişli sakini sığorta şirkətinin 7-8 aylıq süründürməçiliyindən sonra Mərkəzi Banka şikayət etməyə məcbuq qaldığını bildirilib. O qeyd edib ki, məsələ ilə bağlı may ayında AMB-yə şikayət ünvanlayıb. Tənzimləyici qurumdan məsələyə adekvat reaksiya veriləcəyini ümid edir.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini də işıqlandırmağa  hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri