Icma.az
close
up
RU
“Landmark”ın rəhbərliyi hərrac prosesindən narazıdır

“Landmark”ın rəhbərliyi hərrac prosesindən narazıdır

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, “Landmark” Biznes Mərkəzindən bildirilib ki, binanın hərraca çıxarılmasında haqsızlıq olub.

Belə ki, şikayətçi olan “Libra” MMC-dən (xarici şirkət) saytımıza daxil olan məktubda qeyd edilir ki, məsələ ilə bağlı qərəzli mövqe, haqsızlıq var və bu, hələ də davam edir.

Hazırda Cəmiyyətə məxsus “Landmark” Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Həmin Cəmiyyətin adı əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib.

“Libra” MMC-nin səlahiyyətli şəxsləri düşünür ki, cəmiyyət barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.

Şikayətdə bildirilib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır. 

Əlavə olaraq qeyd edilib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə “Libra” MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır. 

Sadalananlara əsasən, “Libra” MMC Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see276

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see259

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see251

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see248

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see236

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see235

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see233

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see227

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see225

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see217

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see216

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see213

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see207

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see198

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see188

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see184

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see180

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see179

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see174

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri