Laricani: Etirazların bəzi liderləri həbs ediliblər
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın təhlükəsizlik qüvvələri etirazların bəzi liderlərini müəyyənləşdirərək həbs ediblər.
Moderator.az İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
"Silah əldə etmək üçün hərbi və hüquq-mühafizə mərkəzlərinə hücum edənlər vətəndaş müharibəsinə can atırlar" , - Laricani bildirib. Onun sözlərinə görə, İranın düşmənləri ölkədə fövqəladə vəziyyət yaratmaq istəyiblər.
O, ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: "Şübhəsiz ki, iqtisadi problemlər mövcuddur və hökumət bunu həll etməlidir, lakin düşmənin öz məqsədlərinə çatmaq üçün bu platformadan istifadə etdiyini qeyd etmək lazımdır".
Baxış sayı:126
Bu xəbər 26 Yanvar 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















