Icma.az
close
up
RU
Laser Beauty Estetik klinikası: İqtisadiyyat Nazirliyindən bizə heç bir bildiriş gəlməyib

Laser Beauty Estetik klinikası: İqtisadiyyat Nazirliyindən bizə heç bir bildiriş gəlməyib

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddət əvvəl fəaliyyətində nöqsanlar aşkar edilən və lisenziyasının dayandırılması ilə bağlı müraciət edilmiş qalmaqallı klinika fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı Oxu.Az "Laser Beauty Estetik" klinikasına sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq klinikanın informasiya şöbəsinin rəhbəri Kəmalə Əsədova deyib ki, fəaliyyətin dayandırması ilə bağlı onlara heç bir məktub və ya bildiriş gəlməyib.

O bildirib ki, belə bir məktub almadıqlarına görə hazırda fəaliyyətlərini davam etdirirlər.

K. Əsədova qeyd edib ki, klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərləri mediada görüblər:

"Biz bundan sonra Səhiyyə Nazirliyinə müraciət etmişik, amma hələ bizə geri dönüş olmayıb. Buna görə də hazırda fəaliyyətimizi davam etdiririk".

"Biz şəhərin mərkəzində fəaliyyət göstəririk. Bizə lisenziyamızın dayandırılması ilə bağlı bildiriş, məktub gəlsə idi, biz fəaliyyətimizi dayandırardıq. Analitik Ekspertiza Mərkəzi klinikamızda mütəmadi yoxlamalar aparır. Kiçik nöqsanlar aşkarlandıqdan sonra təkrar klinikada yoxlama aparılıb və nöqsanların aradan qaldırıldığı görülüb", - deyə o əlavə edib.

Qeyd edək ki, Oxu.Az İqtisadiyyat Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikasına lisenziyasının dayandırılması ilə bağlı göndərilmiş sənədi əldə edib.

Xatırladaq ki, martın 5-də İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində "Laser Beauty Estetik" klinikasının filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub. Bundan sonra Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün"Laser Beauty Estetik" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb.

"Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub", - deyə məlumatda bildirilmişdi.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Mart 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri