Lavrov Rusiyanın Ukraynada hərbi əməliyyatları nə vaxt dayandıracağını açıqlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tərəflər üçün məqbul olan razılaşmalar əldə edildikdə, Rusiya hərbi əməliyyatları dayandıracaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə XİN başçısı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təmas xətti boyunca hərbi əməliyyatların dayandırılması ilə dərhal atəşkəs və gələcək addımlar barədə düşünmə variantı Rusiyanı qane etmir.
“Prezident açıq şəkildə bildirdi ki, biz həm Ukrayna, həm də Avropa ilə, xoşməramlı ruhda sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndə ilə danışıqlara hazırıq, lakin biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, bu danışıqlar Rusiya Federasiyasını qane edən möhkəm, dayanıqlı nəticə versin və əlbəttə ki, yerdəki reallıqlar nəzərə alınmalıdır”, - Rusiya XİN başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















