Lavrovla bağlı qəribə iddia: Bu ölkənin vətəndaşı oldular
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın qohumlarının Ukraynada müharibə başladıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşlığını əldə etdiyi iddia olunur.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Aleksey Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.
Məlumata görə, söhbət Lavrova yaxınlığı ilə tanınan Svetlana Polyakova və onun qızı Polina Kovalevadan gedir. Polyakova 28 dekabr 2022-ci ildə “dövlətə xidmətlərinə görə” BƏƏ vətəndaşlığı alıb.
Qızı Polina Kovalevaya isə 17 dekabr 2022-ci ildə iş fəaliyyəti ilə bağlı BƏƏ pasportu verildiyi bildirilir.
FBK bu məlumatları Lavrovun ailəsinin müharibə dövründə xaricdə alternativ imkanlar yaratması ilə əlaqələndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Sentyabr 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















