Icma.az
close
up
RU
Subsidiya şəhərin dayanıqlı inkişaf strategiyasının mühüm elementidir EKSPERT

Subsidiya şəhərin dayanıqlı inkişaf strategiyasının mühüm elementidir EKSPERT

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İctimai nəqliyyata subsidiya verilməsi şəhər mühitinin sosial, iqtisadi və ekoloji inkişafına birbaşa təsir edən mühüm siyasət alətidir. Beynəlxalq təcrübə göstərir ki, dövlətin nəqliyyat sektoruna ayırdığı maliyyə dəstəyi yalnız sərnişindaşımanın xərclərinin azalmasına xidmət etmir, həm də şəhərin həyat ritmini və insanların gündəlik davranış modelini köklü şəkildə dəyişdirə bilir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, əhalinin ödəmə qabiliyyətinə uyğun nəqliyyat tariflərinin formalaşdırılması daha geniş kütlənin ictimai nəqliyyata cəlb olunmasına səbəb olur: "Bu, xüsusilə böyük şəhərlərdə şəxsi avtomobil asılılığını azaldaraq tıxacların səviyyəsinin aşağı düşməsinə, küçə və prospektlərdə hərəkətin daha sabit və təhlükəsiz olmasına gətirib çıxarır. Subsidiya nəqliyyat operatorlarına xidmət keyfiyyətini yüksəltmək üçün əlavə imkan yaradır. Dövlət dəstəyi hesabına avtobus parkının yenilənməsi, daha ekoloji təmiz avtobus və metro qatarlarının alınması, marşrut şəbəkəsinin təkmilləşdirilməsi və intervalların optimallaşdırılması mümkündür. Bu isə öz növbəsində sərnişin məmnunluğunu artırır, müntəzəm və etibarlı nəqliyyat sistemi formalaşdırır. Eyni zamanda, dövlətin subsidiya siyasəti nəqliyyat sektorunda uzunmüddətli investisiya strategiyalarının qurulmasına şərait yaradır və şəhərin mobillik səviyyəsi yüksəlir.

Əlavə olaraq, sosial aspektlər də olduqca önəmlidir. Aşağı gəlirli ailələr, tələbələr, yaşlılar və əlilliyi olan şəxslər üçün əlçatan nəqliyyat xidmətləri onların gündəlik həyatda daha aktiv iştirakını təmin edir. İşə, təhsilə və ictimai xidmətlərə çıxışın genişlənməsi sosial bərabərliyin gücləndirilməsinə, şəhərdə sosial izolyasiya risklərinin azalmasına və daha inklüziv mühitin formalaşmasına səbəb olur. Nəqliyyat eksperti kimi qeyd etmək lazımdır ki, ictimai nəqliyyatın əlçatanlığı şəhərin sosial-iqtisadi cizgisini müəyyən edən əsas indikatorlardan biridir.

Ekoloji baxımdan subsidiya strategiyası daha önəmli rol oynayır. Şəhərdə ictimai nəqliyyata keçidin güclənməsi karbon emissiyalarının azalmasına, hava çirklənməsinin aşağı düşməsinə və nəticə etibarilə əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına səbəb olur. Bu, uzunmüddətli perspektivdə dövlətin səhiyyə xərclərini də azalda bilər. Yaşıl enerji ilə işləyən nəqliyyat vasitələrinin maliyyələşdirilməsi şəhərin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasını təmin edir. İctimai nəqliyyatın subsidiya edilməsi yalnız iqtisadi deyil, həm də sosial və ekoloji baxımdan çoxşaxəli faydalar yaradan genişmiqyaslı təsir mexanizmidir. Bu siyasət şəhərin dayanıqlı inkişaf modelinin qurulmasına, sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə və şəhər mərkəzində daha funksional, hərəkətli və sağlam mühitin yaradılmasına mühüm töhfə verir. Gələcəkdə ağıllı şəhər idarəçiliyinin əsas komponentlərindən biri məhz ictimai nəqliyyatın subsidiya mexanizmləri olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri