Icma.az
close
up
RU
Layiqli qiymətin verilməməkliyi barədə

Layiqli qiymətin verilməməkliyi barədə

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Elmar Baxşıyevin haqqı verilmir”, yaxud “Elmar Baxşıyev layiqincə təbliğ olunmur” kimi fikirlər ötən həftənin ən çox müzakirə olunanları arasında idi. Bir az da çox uzandı.

Məsələyə biganə qala bilmədim. Dedim, oturum fikirləşim, Baxşıyev necə layiqincə təbliğ olunmur.

Elə də etdim. Oturub fikirləşdim…

Sonra durub fikirləşdim.

Xeyli fikirləşdim.

“Araz Naxçıvan” Konfrans Liqasında Yunanıstanın köklü klublarından olan “Aris”i ələdi. Dramatizmi olan hadisədir. Baxşıyevin haqqında həmin emosional ifadələr də həmin ərəfələrdə cücərib pöhrələndi.

Tək bu deyil, yadıma gəlir, ötən mövsümün gedişində də – “Araz Naxçıvan” birinci pilləyə yüksələndə, 14-15 oyunluq məğlubiyyətsizlik seriyası cızanda da oxşar fikirlər səslənirdi.

“Elmar Baxşıyev nəsə çox da reklam olunmur”…

Hətta daha əvvəl – “Qəbələ”nin öləziyən vaxtlarında da – komanda mübariz futbol sərgiləyir, imkanlarından daha yaxşı çıxış edərək yuxarı pillələrə dırmanırdı, həmin fikirlər onda da səsləndirilirdi.

“Sanki Elmar Baxşıyev layiqindən az təbliğ olunur”…

Fikirləşirəm.

Sizdən də kömək istəyirəm.

Fikirləşək!

Elmar Baxşıyev layiqincə necə təbliğ olunmaya bilər?

Yəni nə?

İşini görür.
İşini yaxşı görməlidir.
Yaxşı da görür.
Bu normal hal deyilmi?

Olmalı olan budur.

Bəs biz Elmar bəyin layiqincə “təbliğ olunmaması” üçün nə etmişik?

Qəribədir, elə biz deyirik təbliğ olunmadığını… biz də “təbliğ etmirik”(?)

Elmar bəy ekstra nəsə etsəydi, haqqında illüstrativ dastanlar yazmasam, klavişimə lənət. Əminəm ki, oxunan həmkar yoldaşlarımın hamısı da bunu edərdi.

İşini təmənnasız və ədalətli, əksər hallarda lazımından qat-qat artıq görən elə idman jutnalistləridir.

Əminəm ki, Baxşıyevin özündən bu mövzuda nəsə soruşulsa, mütləq razılığını bildirər.

“Layiqincə təbliğ olunmursunuzmu” soruşulsa, utanar. Təvazökar adamdır.

Layiqincə necə təbliğ olunmalıdır axı?! Tamadayıq?

Onunla kifayət qədər müsahibə də etmişəm, efir çıxışlarımda adını ən çox çəkdiyim 3-4 mütəxəssisdən biri olub. Və bunu tək mən yox, əksər idman jurnalisti edib, həm də daha artığını.

Söhbət Elmar bəyin üstündə düşdü, durduq yerdə “rasxoda” getdiyini” düşünməsin, bu “layiqincə” ifadəsi bəhs olunan təyinatı üzrə bəzən başqa adlar haqqında da işlənir. Çatmır…

Tərkibində nə varsa, sürətlə də yayılır və bir də görürük ki, xeyli idman jurnalisti qınayır: “layiqincə… edilmir…”

Fərqinə varmırıq. Halbuki heç düz alınmır.

Layiqincə qiymət görməyən elə idman mediasıdır… Layiqincə dəyərləndirilməyən qələmdaşlarım.

Necə də naif oluruq bəzən.

Elçin Cəlilov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri