Icma.az
close
up
RU
Lazım olmayan əşyaların yığılması hansı sindromdan xəbər verir

Lazım olmayan əşyaların yığılması hansı sindromdan xəbər verir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Kompulsiv yığıcılıq xəstəliyi, yığıcılıq pozuntusu və ya digər adıyla dispozofobiya insanın gələcəkdə işə yarayacağını düşündüyü üçün əşyanın dəyəridən asılı olmayaraq, hətta istifadə olunmayan əşyaları belə əldən çıxarmamasıdır. Yığıcılıq pozuntusu zamanı atılmayan və yığılan əşyalarda uyğunsuzluq vardır. Yığılan əşyalar köhnə qəzet, plastik əşyalar, geyimlər, torbalar və hətta qırıq əşyalar kimi müxtəlif şeylərdən ibarətdir. Bu insanlarda sahib olduqları əşyalara qarşı həddindən çox bağlılıq olur və buna görə başqalarının bu əşyalara toxunmasına, icazəsiz götürməsinə aqressiv reaksiya göstərirlər. Bütün əşyaları lazımlı olaraq qəbul edirlər. Bu əşyalara görə yaşadıqları yerlər daralır və onların həyat fəaliyyətlərinə maneə yaradır. Bu şəxslər həmçinin əşyaları itirmə ehtimallarına qarşı da ciddi təşviş, qəzəb, narahatlıq və kədər hiss edirlər. Sindromun adı bəzən qədim yunan filosofu Diogenin adı ilə də yanaşı çəkilir. Diogen gündəlik həyatda özünün asketizmi və iddiasızlığı ilə məşhur idi. Bu səbəbdən bu pozğunluğun adı bir qədər qeyri-dəqiqdir. Getdikcə sindrom "Plyuşkin" xəstəliyi və ya "qocalıq" sindromu da adlandırılır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, yığıcılıq xəstəliyi həmçinin ağır depressiya, şəxsiyyət pozuntularına və psixoz kimi psixi xəstəliklərə də gətirib çıxara bilər. Aparılan araşdırmalar göstərir ki, pozuntu hər iki cinsiyyətdə də eyni dərəcədə meydana çıxır. Yığıcılıq davranışı zamanı əksər insanlarda özünütənqid çox zəif olur. Ona görə də, xəstəlikdən əziyyət çəkən şəxslər əsasən yaxınları və qohumları tərəfindən müalicə üçün həkimə aparılırlar: “Bəs bu pozuntunun səbəbləri nədir? Yığıcılıq pozuntusunun meydana çıxmasında genetik, ətraf mühit və psixoloji amillər mühim rol oynayır. Ailəsində yığıcılıq pozuntusu olanların bu xəstəliyə yaxalanma ehtimalı daha yüksəkdir. İnsanın özünü cəmiyyətdən fiziki olaraq uzaqlaşdırmasından da yığıcılıq pozuntusu yarana bilər. Təkliklə başa çıxmaq üçün də lazımsız əşyalar yığıla bilər.
Yığıcılıq pozuntusunun əlamətlərinə gəldikdə isə:
• Sahib olduqları əşyaların dəyərinə baxmayaraq saxlama, bu əşyaları başqa biri atmaq istədiyi zaman qəzəblənmə və yüksək təşviş hissi keçirmə;
• Yığılan əşyalara qarşı bağlılıq;
• Əşyalara həddindən çox məna yükləmək;
• Evin içində boş olan bütün yerləri əşya ilə doldurmaq;
• Günlük işləri daimi olaraq gecikdirmək, plan qurmaqda çətinlik;
• Az ya da heç olmayan sosial münasibətlər və s. qeyd etmək olar”.
Psixoloqun fikrincə, yığıcılıq pozuntusunda, xəstənin müalicə üçün motivasiyası və problemin varlığını qəbul etməsi vacib əhəmiyyət kəsb edir: “Xəstəliyin müalicəsində psixoterapiyanın rolu böyükdür. Terapiya zamanı ehtiyac olarsa dərman müalicəsindən də istifadə olunur. Yığıcılıq pozuntusu olan şəxslərin sosial münasibətlərinin pozulması ilə yanaşı, çox vaxt ailə üzvləri də evdə toplanmış əşyalara görə problem yaşayırlar. Buna görə psixoterapiyada ailə üzvləri ilə də seanslar aparıla bilər”, – deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyul 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri