Icma.az
close
up
RU
Fransada kilsələrdən dini əşyaların oğurluğu artır

Fransada kilsələrdən dini əşyaların oğurluğu artır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 25 dekabr, AZƏRTAC

Fransada kilsələrdən dini və ibadət əşyalarının oğurlanması halları 2025-ci ildə ciddi şəkildə artıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri ölkə üzrə 538 belə fakt qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə 11 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, Jandarmiyanın məlumatına əsasən, oğurluqlar daha çox qiymətli metallardan hazırlanmış və ya tarixi dəyəri olan əşyalara yönəlir. Cinayətlər çox vaxt gündüz saatlarında, zorakılıq olmadan törədilir, çünki ibadət məkanları adətən açıq olur. İstintaqla Jandarmiyanın Mərkəzi Cinayət Kəşfiyyat Xidməti məşğul olur. Bəzi hallarda təşkilatlanmış şəbəkələr və çoxşaxəli satış kanalları (internet, bit bazarları və antikvar mağazaları) aşkarlanır.

Son vaxtlar En departamentində keçirilən əməliyyat zamanı iki şübhəli şəxs və alıcı saxlanılıb, bir neçə min avro dəyərində onlarla dini əşya müsadirə edilib. Oxşar hadisələr Şimal bölgəsində, Bretanda, Fransanın cənub-qərbində, eləcə də İsveçrədə qeydə alınıb. Oğurlanan əşyalar arasında kasalar, xaçlar, heykəllər və müqəddəs relikviyalar var.

Artan risk fonunda bəzi kilsələr təhlükəsizlik tədbirlərini gücləndirib. Arras şəhərində bir kilsədə təxminən 3 min avro dəyərində müşahidə kameraları quraşdırılıb. Bəzi ibadət yerlərində isə könüllülər gündəlik növbə çəkirlər.

Milli Assambleyada Milli Birlik (RN) qrupunun vitse-prezidenti Jordan Gitton bu “narahatedici artım”la bağlı daxili işlər nazirinə müraciət edərək, əlavə profilaktik tədbirlər və daha dəqiq statistika tələb edib. Mədəniyyət Nazirliyi isə kilsələrə məxsus daşınar irsin qorunması üçün praktiki tövsiyələr hazırlayır.

Səlahiyyətli qurumların fikrincə, oğurluqların əksəriyyəti ideoloji motivli deyil, əsas məqsəd sürətli maddi qazancdır. Bəzi əşyalar sonradan hətta əridilərək satılır.

Qeyd edək ki, Yelisey sarayı da farfor qabların oğurluğu qalmaqalını yaşayır. Yelisey sarayında rəsmi qab-qacaqla bağlı oğurluq işi üzrə üç nəfər saxlanılıb. İşdə şübhəli qismində prezident sarayının baş xəzinədarı da var. “Prezidentin boşqablarını kim oğurlayıb?” sualı qəribə səslənsə də, hadisə realdır. “Le Parisien” nəşrinin məlumatına görə, rəsmi qabların idarəsinə cavabdeh olan əməkdaş təxminən iki il ərzində yüzdən çox porselen məmulatını mənimsəməkdə şübhəli bilinir. Oğurlanan əşyaların bir hissəsinin Milli Sevr manufakturasına aid olduğu bildirilir.

“20 Minutes” yazır ki, hadisələr 2024-cü ilin əvvəlində başlayıb. Baş xəzinədar porselen həvəskarı olan Versallı kolleksiyaçı ilə əlaqə qurub. Həyat yoldaşının köməyi ilə o, fincanlar, nəlbəkilər və boşqablar kimi porselen məmulatlarını tədricən saraydan çıxararaq kolleksiyaçıya satıb. Həmin əşyalar Yelisey sarayında keçirilən rəsmi qəbul və mərasimlərdə istifadə olunurdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri