Icma.az
close
up
RU
LDU da “Gələcəyə Açılan Qapı” adlı Məzun yarmarkası keçirilib

LDU da “Gələcəyə Açılan Qapı” adlı Məzun yarmarkası keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya Kompleksində “Gələcəyə Açılan Qapı” adlı Məzun yarmarkası keçirilib. Məzun yarmarkasına 53 idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə  867 vakant iş yerləri çıxarılıb.

Tədbirin açılış mərasimində çıxış edən  Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov hər il ənənəvi olaraq keçirilən məzun yarmarkalarının LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını bildirib, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu xüsusi vurğulayıb.

 Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında gənclərin məşğulluğunun təmin olunması, onların əmək bazarına inteqrasiyası və peşəkar inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Məzunlarının işlə təmin olunması göstəricilərinə görə LDU-nun region universitetləri arasında ön sırada olduğundan qürur duyduğunu bildirərək  məzunları qurumla sıx əlaqə saxlamağa çağırıb.

Məzun yarmarkasında  dövlət və özəl  qurumların təmsilçiləri, işəgötürənlər, universitet tələbələri və məzunlar iştirak ediblər. Qeyd edək ki, aktiv iştirak edən işəgötürənlərin böyük əksəriyyətini özəl sektorun nümayəndələri təşkil edib. Bu ilki Məzun yarmarkasında təqribən  300 nəfərin işlə təmin olunması gözlənilir.

Xatırladaq ki, tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaqdır. Məlumat üçün deyək ki, ötənilki  “Məzun yarmarkası”na 45 idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 320 vakant iş yerləri  təqdim olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri