Icma.az
close
up
RU
Leandro Andrade: Meydançadan kənardakı münasibətlərimiz nəticəyə təsir edir

Leandro Andrade: Meydançadan kənardakı münasibətlərimiz nəticəyə təsir edir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Oyundan əvvəl düşünmürdüm ki, biz 1:0 qazanacağıq, yaxud 5:0 qazanacağıq. Mən, sadəcə, məşqçinin istədiklərini etməyə fokuslanıram".

Bunu avqustun 12-si UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya 5:1 hesabı ilə qalib gələn "Qarabağ"ın komandasının yarımmüdafiəçisi Leandro Andrade oyundan sonra Oxu.Az-a deyib.

- İlk matçınız idi, oyun haqqında nə düşünürsünüz?

- Gözəl oldu. Öncə bütün azarkeşlərə təşəkkür etmək istəyirəm, çünki atmosfer inanılmaz idi. Hər dəfə hücum edəndə azarkeşlər çoxlu səs-küy yaratdılar və bu bizə xeyli motivasiya verdi, gələn hər kəsə təşəkkür edirəm.

Düşünürəm ki, komandamız yaxşı, kollektiv oyun göstərdi. Biz birlikdə oynadıq, bir-birimizə kömək etdik, beləliklə, bu bizim üçün yaxşı gün oldu.

- Oyunçuların performansı haqqında nə düşünürsünüz?

- Çox yaxşı. Əvvəla, onlar meydançada çox yaxşı oyunçulardır. İkincisi isə yaxşı insanlardır. Biz meydançadan kənarda, avtobusda çox yaxşı yola gedirik. Bu vacibdir, çünki meydançadakı nəticələrə təsir edir.

- Gələn həftə "Ludoqorets" və ya "Ferentsvaroş"la play-off mərhələsi başlayır.

- Əlbəttə ki, çətin olacaq, çünki ən güclü komanda qalib gələcək. Beləliklə, daha çətin oyun olacaq və biz hazır olmalıyıq. Mən indi evə gedib oyuna baxacağam.

- Belə bir nəticə gözləyirdiniz?

- Bilmirəm. Oyundan əvvəl düşünmürdüm ki, biz 1:0 qazanacağıq, yaxud 5:0 qazanacağıq. Mən, sadəcə, məşqçinin istədiklərini etməyə fokuslanıram. Mən öz işimi görməyə çalışıram. Əgər qol buraxmasaydıq, daha çox sevinərdim. Çünki bu gün belə bir qol buraxdıq, bəlkə, növbəti oyunda da bu təkrarlanacaq? Ona görə biz bu cür şeylərdə diqqətli olmalıyıq.

Anar Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri