Lebron Ceymsin transferi bilet qiymətlərini dörd dəfədən çox artırdı
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin “Filadelfiya Seventi Siksers” basketbol komandasının yeni oyunçusu Lebron Ceymsin transferi biletlərin qiymətinə dərhal təsir göstərib.
İdman.Biz xəbər verir ki, keçidin rəsmiləşməsindən cəmi bir neçə gün sonra komandanın ev oyunlarına biletlərin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.
“TickPick” platformasının məlumatına əsasən, ötən mövsüm “Filadelfiya Seventi Siksers”in ev oyunlarına alınan biletlərin orta qiyməti 68 ABŞ dolları (115 AZN) olub. Komandanın mövsümöncəsi ilk ev oyunu üçün ən ucuz bilet isə 283 ABŞ dollarına (481 AZN) təklif olunur. Bu, ötən mövsümün orta göstəricisindən dörd dəfədən çoxdur.
41 yaşlı NBA ulduzunun “Filadelfiya Seventi Siksers”ə qoşulmasından sonra komandanın oyunlarına bilet tələbatı sürətlə artıb. “Boston Seltiks”lə mövsümöncəsi ev qarşılaşmasına biletlərin qiymətinin bəzi satış platformalarında 500 ABŞ dollarını (850 AZN) keçdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 27 İyul 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















