Icma.az
close
up
RU
Legioner limitini ləğv etdik, bəs yerli futbolçuları nə gözləyir?

Legioner limitini ləğv etdik, bəs yerli futbolçuları nə gözləyir?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Anar Həsənov yazır...

Azərbaycan futbolunda yeni eraya start verilir. Legioner limitinin ləğvi yerli futbolçuların mübarizəsinə səbəb olacaq.

Klubların büdcələrinə nəzər yetirsək bu məsələ ən çox "Qarabağ", "Neftçi" və "Sabah" üçün ideal sayıla bilər. Buna səbəb isə Avrokuboklarda ölkəmizi təmsil edən komandalarımız bu dəfə daha güclü heyətlə meydana çıxa və daha uğurlu nəticələrə imza ata bilərlər. Amma, bu qərar futbol sevərləri iki hissəyə ayırdı.

Belə ki, futbol azarkeşlərinin böyük hissəsi legioner limitinin ləğvini yerli futbolçuların gələcəyinə təsir edəcəyini vurğulasa da geri qalan hissə isə yerli futbolçuların əsas heyətə düşə bilməsi üçün daha çox çalışmalı olacağını və daha çox əziyyət çəkməli olduqları üçün inkişaf etmək məcburiyyətində qalacağını düşünür.

Maddi durumu yüksək ola klublar legionerləri cəlb edərkən "Şamaxı", "Kəpəz" və "Səbail" kimi klublar isə sadəcə yerli futbolçulara üz tutmalı olacaqlar.

Digər aktual və önəmli məsələ isə klub sayının artımıdır. Klub sayının artımı mövzusu əlbətdə ki Azərbaycan futbolunun bölgələrdəki inkişafı üçün ən mühüm addımlardan biri sayılır.

Lakin, burada maraqlı sual yaranır ki, Premyer Liqaya yüksələcək komandalarda infrastruktur mövzusu müzakirə olunubmu?

Hazırda I Liqada mübarizə aparan "Qəbələ" klubundan başqa Premyer Liqaya yüksələcək komandalardan hansında keyfiyyətli stadion var?

Komanda sayının artırılması yeni sponsorla müqavilə imzalayan "Mingəçevir" klubunun elita səviyyəsinə yüksəldilməsi üçün atılan bir addımdırsa, idman prinsipləri nə üçün lazımdır?

Bu sualların cavabı isə yalnız növbəti iclasdan sonra bəlli olacaq. Çünki növbəti iclasda elitaya yüksələcək komandalar bəlli olacaqlar, Premyer Liqada autsayder mövqeyində qərarlaşan komandanın elitanı tərk edib-etməyəcəyi açıqlanacaq.

Uzun illərdir Azərbaycan futbolunun inkişafını gözləyən futbolsevərlər növbəti iclasın keçirilməsini və qəbul ediləcək qərarları çox böyük həvəs və maraqla gözləyirlər. Çünki, region klubları Premyer Liqaya yüksələcəyi təqdirdə azarkeş sayında və bölgələrdə futbola olan maraqda ciddi artım müşahidə etmək mümkün olacaq. Nəzərə alsaq ki, hazırda elitada mübarizə aparan 10 komandadan 6-sı Bakıda yerləşir və bölgələrimizdə yaşayan futbol sevərlər oyunları izləməyə gələ bilmir, bu onlar üçün sevindirici xəbər olacaq.

Əsasən də ümid edək ki, "Araz-Naxçıvan" adını daşıdığı Naxçıvana geri qayıdacaq və orada mübarizə aparacaq. "Qəbələ" yenidən elitaya qayıdacaq, onunla birlikdə isə infrastruktur gücünə malik olan daha iki komanda da bu sıralara qoşulacaq.

Legioner limitinin ləğvi hərçənd ki yerli futbolçularımız üçün çox ciddi problem sayılsa da, hər şey insanın öz əlindədir düşüncəsi ilə yanaşmalıyıq.

Daha əvvəllər legioner limitinin ləğvi olmadığı üçün yerli futbolçularımız rahat davranır, əsas heyətdən kənarda qalmaqdan çəkinmirdilər. Çünki, məşqçilər yerli futbolçulara üstünlük verməli olurdular. Yeni mövsümdən etibarən isə yerli futbolçular əsas heyətdə yerlərini tuta bilmək üçün sözün əsil mənasında mübarizə aparmalı olacaqlar. Əsas heyətə düşə bilməyən futbolçular isə milliyə dəvət almasalar bəlkə Azərbaycan millisinin heyətində də ciddi dəyişikliklər olar və uğurlu nəticələr əldə edə bilərik.

AFFA-nın baş bilənləri yeni futbol erasının başlanğıcı üçün çox ciddi addımlar atdılar. Bu addımlar Azərbaycan futbolunun gələcəyinə işıq saça bilər, lakin qoyulan hədəflərə və yazılan qanunlara ciddi riayət olunarsa. Əks halda isə bu yazılanlar və deyilənlər elə söz olaraq da qalacaq.

Azərbaycan futbolunun keçmişinə baxsaq aydın şəkildə görə bilərik ki, nəaliyyəti olan klublarımız bunu hər zaman legioner hesabına ediblər. Aydın məsələdir ki, legionerlərin keyfiyyətini bəyənən keçmiş AFFA rəhbərliyi də onları milliləşdirmək qərarına gəlirdilər.

Legioner limitini ləğv etdik, klub sayını artırdıq, bəs, Azərbaycan millisi üçün nə işlər gördük və ya görəcəyik?

Legionerlərin limitini ləğv etsək və meydanda sadəcə kənardan gələn futbolçular olarsa millinin baş məşqçisi heyətə kimi, necə dəvət edəcək?

Hərçəndki bu suallara cavab almaq üçün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasını gözləməliyik. Ümid edək ki, Azərbaycan futbolu gələcəkdə UEFA Millətlər Liqasının D qrupunda yox, Avropa Çempionatında iştirak hüququ əldə edər. Yerli çempionatın inkişafını düşünürüksə millimizin uğurlarını ondan daha çox düşünməliyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri