Icma.az
close
up
RU
“Legioner limitinin ləvği ziyanımıza işləyir”

“Legioner limitinin ləvği ziyanımıza işləyir”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsini bir xalla başa vurub. Yığma 6 oyunun 5-də uduzub, 1-də heç-heçə edib.

Veteran futbolçu Novruz Əzimov “Futbolpress.az”a açıqlamasında nəticələri dəyərləndirdi:

“Nəticələr gözlənilən idi. Fransanın, Ukraynanın səviyyəsi hər kəsə bəllidir. Yekunda bir xal qazanıldı. Millidən bundan artığını gözləmirdim. Son oyunlar yaxşı keçdi, komandanın arzusu, mübarizəsi göründü. Amma nəticələr budur. İndiki məqamda qısa zamanda yığmada nəyisə dəyişmək mümkün deyil”.

Əzimov legioner limitinin ləğvinin yığmaya təsirlərindən söz açıb:

“Millinin əksər oyunçuları klublarında oynamır. Legioner limitinin ləvği ziyanımıza işləyir. Oyunçu klubda oynamırsa, milliyə nə qədər fayda verə bilər? Futbolçunun məşqi oyunudur. Oynamasan, məşq etməmiş kimisən. Klublardan hazır gəlməli olanlar hazır deyil. Bunun da səbəbi klubların yerli oyunçulara deyil, legionerlərə şans verməsidir. Hər mövqedə problemlər aşkar hiss edilirdi. Əsas da qapıçı məsələsi problemdir. Qolkiper meydanda ən az hərəkətdə olan, amma ən çox çalışanlardandır. Daxildə özüylə mübarizə aparır, gərginlik yaşanır, hər hissi keçirir. Qapıçı oynamayanda psixoloji hazırlığı da yerində olmur. Milliyə çağırılan qapıçılardan mütəmadi oynayan kim var idi? Problemli mövqe tək bu deyil. Hücumda da axsaqlıqlar var. Mahir Emreliyə ümid var, o zədələndi, ondan əvvəl yaxşı çıxış etmədi. Renat Dadaşov qol vursa da, tam formasında deyil. Müdafiəçilər də anlaşma problemi yaşanır. Bəhlul klubunda Medina ilə oynamağa öyrəşib, amma millidə Elvinlə çətinlik yaşayır. Bu da oyunçuların birlikdə oynamamasıyla bağlı olan məsələdir”.

Əzimov Ayxan Abbasovun təyinatından sonra yığmadakı dəyişikliklərə toxundu:

“Ayxanın gəlişindən sonra fərqlər hiss olunur. İndi ona vaxt vermək lazımdır. Hər məşqçi sistemini, komandasını qurmaq üçün zamana ehtiyacı var. Ayxana da bu imkanlar yaradılmalıdır. Eyni zamanda milli tez-tez bir araya gəlməlidir. Oyunlar olmasa belə, milliyə namizəd oyunçularla heç olmazsa, ayda bir dəfə toplaşmaq, nəzəri söhbətlər aparmaq lazımdır. Komanda formalaşmasında bu amilində xüsusi yeri var. Ancaq toplanışdan toplanışa yığışmaq effekt verməz”.

Veteran futbolçu millidə hücumçu problemindən danışdı:

“İrəli xəttdə çatışmazlıqlar var. Mahir tipik hücumçu deyil. İndiki məqamda Nəriman Axundzadə əsas hücumçumuzdur. Onun yaxşı potensialı var. Özünədn asılıdır çox şey. İnkişaf edə, daha yaxşı yerlərdə ola bilər. Son illərdə millidə hücumçu problemi var. Amma Nərimanla bu, həll oluna bilər. Bunun üçün kifayət qədər potensialı var, sadəcə daha çox çalışmalıdır”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri