Icma.az
close
up
RU
Статья не опубликована
Ləğvi gündəmdə olan USAİD in yardımları başqa məqsədlərə sərf olunurdu Rizvan Nəbiyev

Ləğvi gündəmdə olan USAİD in yardımları başqa məqsədlərə sərf olunurdu Rizvan Nəbiyev

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb.

Bu barədə Mask öz "X" hesabında çoxsaylı paylaşımlar edib. O, bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.

Qeyd edək ki, daha öncə USAİD-in beynəlxalq medialara pul verdiyi, onları istədiyi kimi yönəltdiyi də üzə çıxıb.

Bu təşkilat Azərbaycanda da pozucu fəaliyyətlə məşğul olmağa cəhd edib. Azərbaycanda təşkilatın fəaliyyəti məhdudlaşdırılıb.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, Tramp administrasiyası USAİD-i qadağan edə bilər.

Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Operativ Media-ya bildirib ki, USAID Bayden-Blinken administrasiyası dönəmində Ermənistana yardımları iki dəfə artırıb:

"ABŞ-nin yeni Dövlət katibi Mark Rubionun öz "X" sosial şəbəkə hesabındakı aşağıdakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağı müjdəsini verir:

“Hər xərclənən dollar, hər maliyyələşdirilən layihə, həyata keçirilən siyasət ABŞ-ni daha təhlükəsiz, daha güclü və firavan etməsi nöqteyi-nəzərindən əsaslandırılmalıdır".

Prezident Donald Tramp artıq xarici ölkələrə ABŞ-nin göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb. Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur (burada istisna yalnız iki dövlətə, İsrail və Misirə münasibətdə edilib). Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-ın xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir.

Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb. Məsələn, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilin əvvəlində mətbuat konfransında çıxışı zamanı deyib ki, “ABŞ-dən gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələl gətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu. Məlum oldu ki, Amerika pulları düzgün olmayan prosesləri maliyyələşdirmək üçün sərf olunurdu".

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Bayden-Blinken administrasiyası dönəmində Ermənistana (texniki) yardımları faktiki ikidəfə artıraraq 250 milyon dollara çatdırıb. Bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafına yönəldilsə də, həmin yardımlar təcavüzkar kemişi olan, revanşist meyilli Ermənistana imkan verir ki, bunun sayəsində öz büdcəsində həmin sahələrə vəsait ayırmasın, qənaət etsin və bu vəsaiti hücumxarakterli silahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitar xarakterli düşünülən yardımlar, reallıqda başqa məqsədlər üçün sui-istifadə olunur.

Diplomatiyada siyasi müdaxilə məqsədilə “yumşaq vasitə və ya alət” kimi istifadə edilən texniki yardım məsələsinə yenidən baxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm də qəbul edilən tərəfdən qaldırılırsa, deməli, islahat aparılası məqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyəti regiona münasibətdə sabitliyin və sülhün əldə edilməsində çoxsaylı suallar və narahatlıq yaradırsa, deməli həmin yardımların təyinatına və effektivliynə yenidən baxılmalıdır".

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri