Icma.az
close
up
RU
Lənətlənmiş azadlıq Qaraçılar Murad Köhnəqala yazır

Lənətlənmiş azadlıq Qaraçılar Murad Köhnəqala yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Dilənən qaraçılara dünyanın hər yerində rast gəlmək olur. Ancaq onların nədən bu cür həyat tərzi seçdiyi barədə çox az adam düşünür. Məlumunuz olsun ki,  bu yaşam tərzinin kökləri min illərin o üzündə -  Hindistanın qədim inanc sistemlərində gizlənir. 

İndiki qaraçıların ulu babaları Hindistanın şimal-qərbində, Racistan və Pəncab ətrafında yaşamışlar. Onlar cəmiyyətin “toxunulmazlar” adlanan ən aşağı təbəqəsinə - şudralara aid olublar. Kasta sistemi onlara torpaq sahibi olmağa, silah gəzdirməyə, dövlət işində çalışmağa icazə vermirdi. 
Amma bu məcburiyyət təkcə sosial yox, həm də ruhani anlam daşıyırdı. Bu tayfanın söykəndiyi dünya görüşü Hindistanı vətən kimi, ətrafdakı insanları isə öz cəmiyətləri kimi qəbul etməyə imkan vermirdi. Onların həyat tərzində belə bir fəlsəfə hökm sürürdü: “İnsan azad olmaq üçün heç nəyə sahib olmamalıdır”. 

Buna görə qaraçılar yaşamaq üçün küçələrdə hansısa musiqi alətində çalıb pul yığır, əhliləşdirilmiş heyvanlarla küçə sirki göstərir, falçılıq, sehrbazlıq edir, yaxud sadəcə, dilənirdilər. 

Şiva və Tantra inanclarında geniş yayılmış ruhani azadlıq, maddi dünyadan imtina, mülkiyyətsizlik idealı qaraçıların təfəkkürünə hopmuşdu. Onlar dilənməyi ruhun azadlığı  kimi qəbul etdiklərinə görə bu həyat tərzindən utanmırdılar. 

Hind mənşəli inancların çoxunda isə sədəqə vermək sadəcə mərhəmət deyil, həm də daxilindəki xoşagəlməz enerjinin kənara ötürülməsi kimi də izah olunurdu. Buna görə sədəqə verən insan öz karmik borcunu azaltmış bilir,  sədəqəni alan dilənçi isə onun mənəvi yükünü sanki öz üzərinə götürürdü. Beləcə, sədəqə verənlərin inancı ilə sədəqə alanların qazancı biri-birini yaşadırdı.

Qaraçıların inancına görə, ürəyində arzu tutan adamlar istəklərinin həyata keçməsi üçün onlara sədəqə verməlidi. Sədəqə yığanlar inanırdılar ki, ürəyində niyyət tutan adamlardan pay almaq müqəddəs bir işdir. Məhz, bu düşüncə onları köçəri həyat tərzi keçirməyə sövq  edib. Çünki qaraçılar özlərinə sabit torpaq, vətən seçmək, mülk düzəldib ev tikmək fikrindən uzaq idilər. Bu tayfalar oba-oba, diyar-diyar gəzərək dilək diləyən, özlərinə xəyal quran insanların axtarışına çıxar, sədəqə yığaraq öz azadlıqlarını təmin edərdilər.

Ancaq, məlum olduğu kimi, zaman keçdikcə bu fəlsəfə öz ilkin mənasından uzaqlaşdı. Qaraçılar Hindistandan çıxaraq İran, Türkiyə və Avropaya yayıldılar. Heç bir xalq onları “özlərindən” saymadı, heç bir dövlət onları özünə vətəndaş  etmədi. Beləcə, köçəri həyat tərzi onlar üçün zərurətə çevrildi. 

Qaraçı tayfası olan haylar (ermənilər) Osmanlı imperiyasında məskunlaşaraq oturaq həyata keçsələr də türklər onları uzun müddət ölkədə vətəndaş saymamış, onlara ötəri dilənçi kimi baxmışlar. Buna görə də türklər hayları orduya çağırmamış, hətta onlardan vergi almağı belə, özlərinə sığışdırmamışdılar. Sonralar çar Rusiyasının əli ilə Türkiyədən və İrandan Qafqaza köçürülmüş ermənilərə ruslar Azərbaycan torpaqlarında qondarma bir “Ermənistan” adlı dövlət qurdu. Beləliklə, ermənilər dünyada öz dövləti olan yeganə qaraçı tayfası oldu.    

Ancaq deməliyəm ki, qaraçıların qədim inancından doğan o “azadlığı” dünyanın heç bir xalqı özünə rəva bilməz.  Bugünkü dünyəvi dəyərlərlə baxsaq, belə demək mümkünsə, qaraçılar yanlış bir inancın qurbanlarıdı…  
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri