Icma.az
close
up
RU
Aqil Abbasın Qarabağı Murad Köhnəqala yazır

Aqil Abbasın Qarabağı Murad Köhnəqala yazır

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bir müddət əvvəl hörmətli yazıçımız, deputat Aqil Abbasın mətbuatda bir fikrinə rast gəlmişdim. O, "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanarsa, qurban kəsəcəyini demişdi. "Qarabağ”ın son qələbələri ərəfəsində əziz yazıçımızın "Ağcabədidəki qardaşıma zəng edib dedim ki, qurban kəsib paylasın” sözlərini yenidən xatırladım və onun bu komanda ilə bağlı bildiyim bəzi tarixi məqamları yazmaq qərarına gəldim. 

16 sentyabr 2025-ci il tarixində "Qarabağ" futbol klubu UEFA  Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Lissabonda "Benfika"nı 3:2 hesabı ilə məğlub etdi. Düşünürəm ki, bu tarix heç vaxt futbol həvəskarlarının yadından çıxmayacaq. Belə ki, oyunun əvvəlində 0:2 hesabı ilə geridə qalan "Qarabağ” sona doğru 3 qol vuraraq 3:2 hesabı ilə qalib gəldi.  

Ötən həftə isə Çempionlar Liqasının əsas mərhələsinin II turunda Azərbaycan futbolunun fəxri olan "Qarabağ” növbəti möhtəşəm qələbəyə imza atdı. Komanda Bakının gurultulu tribunaları önündə 2:0 hesabı ilə Skandinaviya nəhəngi olan "Kopenhagen”i məğlub etdi.

"Qarabağ” bu matçın əvvəlindən sonuna qədər azarkeşlərinə inam, qətiyyət və hücum əzmi göstərdi. Oyunun ritminə drijorluq edən Qurban Qurbanovun komandası meydanda həm də Avropa futbolunun köhnə stereotiplərini sındırdı: "Qarabağ” artıq təsadüfi qonaq deyil, qitə səhnəsinin sabit və ciddi oyunçusuna çevrilmişdi.

Qələbədən dərhal sonra Prezident İlham Əliyevin təbrik mesajı yayıldı. Prezident bu zəfərin yalnız idman uğuru deyil, həm də milli qürur olduğunu vurğuladı. Stadionu titrədən alqışlar, şəhərin küçələrində yaşanan sevinc, sosial şəbəkələrdən yüksələn qürur mesajları bir daha göstərdi ki, "Qarabağ” sadəcə, bir futbol klubu deyil, o, həm də Azərbaycanın döyünən qəlbidir.

Avropa futbolunda heç də asan olmayan bu marafonda "Qarabağ”ın qələbələri artıq heç kimdə təəccüb doğurmur. Hiss etdiyimiz odur ki, komanda yalnız peşəkar fəndləri ilə yox, həm də ruhu ilə döyüşür. Qədim Ağdamın küçələrindən başlayan komandanın səsi bu gün Avropanın ən parlaq stadionlarından gəlir. "Qarabağ”  sadəcə bir komanda deyil, o həm də bir xalqın ağrısını, dirənişini və ümidini daşıyan canlı simvoldur.

Bəs, hər oyununu həyəcanla izlədiyiniz "Qarabağ” futbol klubunun indiyə qədərki tarixini bilirsinizmi? 

Bilməyənlər üçün qısaca da olsa, yaxın tariximizdən bəzi məqamları xatırlamağa çalışacam. 

"Qarabağ” futbol klubu 1951-ci ildə Ağdamda təsis olunub. Klub ilk illərdə "Məhsul”, "Kooperator”, "Şəfəq” kimi müxtəlif adlarla çıxış edib. Nəhayət, 1987-ci ildən etibarən daimi olaraq "Qarabağ” adı ilə tanınıb.

1993-cü ildə Ağdam şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra klub Bakıya köçmək məcburiyyətində qaldı. O illər "Qarabağ” komandası üçün həm idman, həm də maliyyə baxımından ən ağır dövr idi. 

Demək, o qaranlıq, ümidsiz illərdə Ağdam camaatı ilə birgə "Qarabağ” komandası da doğma yurddan didərgin düşmüşdü. Maddi problemlərlə, psixoloji çöküşlə üz-üzə qalan futbolçular toparlanıb məşqlərə belə gedə bilmirdilər. Klub dağılmaq təhlükəsi qarşısında qalmışdı. Məhz, həmin çətin vaxtlarda sevimli yazıçımız Aqil Abbas öz çiyinlərini bu ağır yükün altına verdi. 

Aqil təkcə qələmi ilə deyil, eləcə də bütün maddi imkanları ilə bu komandaya dəstək oldu. Yazıçı klubun Bakıda fəaliyyətini davam etdirməsi üçün bütün yaxın çevrəsini, şəxsi imkanlarını səfərbər edərək uzun illər komanda heyətini məvaciblə təmin etdi. O, klub üzvlərinin geyim və formalarını, lazımi avadanlıq və gündəlik xərclərinin qarşılanmasını da öz üzərinə götürdü. Avropa matçlarına qoşulan "Qarabağ”ın səfərlərinə də Aqil qardaşımız sponsorluq etdi. O, futbolçuların səhhətindən tutmuş, şəxsi problemlərinə qədər hər bir incə detalı nəzarətdə saxlayır, problemlərini həll etməyə çalışırdı. Yadımdadır, bu xeyriyyəçiliyi haqda mətbuata danışmağı çox da sevməyən Aqil müəllim bir dəfə söz düşəndə belə demişdi: 

"Qarabağ” sadəcə, futbol komandası deyil, o həm də bizim Qarabağımızdır, ona görə bu adı qorumaq, ona sevgi göstərmək mənim borcumdur!” 

Beləliklə, 1993-cü ildən 2001-ci ilə qədər sevimli yazıçımızın dəstəyi ilə ayaqda qalan "Qarabağ” futbol klubu elə o illərdən başlayaraq, Azərbaycan futbolunun dirəniş simvoluna çevrildi və bir çox parlaq uğurlar qazandı.  

Klub 1993-cü ildə Azərbaycan Kubokunun qalibi, 1994-cü ildə Azərbaycan Premyer Liqasında ilk dəfə ölkə çempionu oldu. 1995 və 1996-cı illərdə isə Azərbaycan Kubokunun finalçısına çevrildi. 

1996-cı ildə "Qarabağ” ilk dəfə olaraq Avropa arenasına – UEFA Kuboklar Kubokuna vəsiqə qazandı.

Bu, müstəqil Azərbaycanın futbol tarixində də mühüm hadisə idi, çünki ölkənin cəmi bir neçə klubu Avropa yarışlarında iştirak etmək imkanı əldə etmişdi. 1997-ci  ildə isə klub Azərbaycan çempionatında gümüş medalın sahibi oldu. 1998-ci ildə "Qarabağ” UEFA-nın o vaxtkı yay turniri olan İntertoto Kubokunda çıxış etdi. Komanda hər bir oyunu ilə öz azarkeşlərinə şirin həyacan yaşatdı. 

"Qarabağ” futbol klubu sonralar, yəni 2001-ci ildən "Azərsun Holdinq”in himayəsinə keçdi və şirkətin maliyyə dəstəyi ilə öz fəaliyətini davam etdirməyə başladı. 

Bu gün hər bir azərbaycanlı "Qarabağ”ın varlığı ilə fəxr edir. Ancaq "Qarabağ”ın dirçəlişində Aqil Abbas imzasının olduğunu çox az adam bilir. 

Bəli, o ağır illərdə Aqil Abbas "Qarabağ”ın təkcə maliyyə dəstəkçisi deyil, həm də idmançıların ümid yeri olmuşdu. Ona görə düşünürəm ki, "Qarabağ”ın hər bir uğurunun  təməlində həm də Aqil Abbasın ağır illərdə yandırdığı o ümid çırağı dayanır.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:381
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri