Icma.az
close
up
RU
Ax Tamara! Sum qayıt! Murad Köhnəqala yazır

Ax Tamara! Sum qayıt! Murad Köhnəqala yazır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xeyli vaxtdı marketlərimizin xəmir yeməklər bölmələrində Türkiyədən gəlmə bir fastfut növü peyda olub, adına da “böyrək” deyirlər. Əvvəllər mən elə bilirdim bu yemək mal böyrəyindən hazırlanır. Sən demə, elə deyilmiş. Bizi çaşdıran yeməyin səhv ifadə olunan adı imiş. “Qozlu börək”, “pendirli börək”, nə bilim, “kartoflu börək”.  Sən demə, söhbət böyrəkdən yox, bürüməkdən gedirmiş! Ona görə də yeməyin adı “börək” yox, “bürük” imiş. Məsələn, pendiri xəmirə büküb kürədə bişirəndə adı olurmuş “pendirli bürük”. Eləcə də qozlu bürük, köbələkli bürük! 

Beləcə, öz yeməklərimizin adını yolda itirdiyimizə görə erməni kimisinin biri götürüb deyir bu, bizim milli yeməyimizdi. Bizdə də bu cür yeməyə dürmək deyirlər. Məsələn, yuxanın arasına göyərti, pendir qoyub yeyirik, adı da olur “dürmək”. 

Hələ ətli xəngəlimizə baxın! Bu yeməyə buryatlar buuz, özbəklər, uyğurlar mantı, biz xəngəl deyirik. Azərbaycanın qərb zonasında əsasən yayma xəngələ üstünlük verildiyinə görə bu yeməyin döymə ət bükülmüş növünə ən çox Borçalıda rast gəlinir. Ona görə bugün “gürcü xəngəli” dediyimiz həmin xəngəlin adı Borçalı xəngəlidi.  Kimə deyirsən? Bütün millət bu yeməyin adına "gürcü xinkalı" deyib durur. Halbuki, gürcü mətbəxi üçün xəmir yeməklər heç də xarakterik deyil. Məsələn, bir gürcüdən soruşsan ki, bico, “xinkal” nə deməkdi, gözünü döyəcək. Dağıstan türklərində və şimal bölgələrimizdə bunun "gürzə" adlı forması da var. "Xəngəl" xəncər sözündəndi, onun xəmiri iti ağızlı bıçaqla doğrandığına görə "xəncəl-xəngəl" adlanıb. Gürzə də başqa bir xəncər növünün adıdı. Yatağan adlı xəncər də var. Bunların hamısı türk yaraqlarının adıdı. Ay bədbəxt azərbaycanlı, öz mədəniyətini niyə tupoy kafeçilərin ağlı ilə zorla gürcüyə verirsən? “Gürcü xinkalı” nədi, hələ kafelərdə menyuya da belə yazırsan.  

Borçalı demiş, Qazaxda, Gürcüstanla aramızdakı sərhəddə bir qədim körpü var, adına “Sınıq körpü” deyirlər. Baxırsan, körpünün heç bir sınıq, çat yeri yoxdu. Dayaqları arka formasında hörülüb, körpü qabarıq hörgü qanunlarına görə hər cür ağırlığa davam gətirir. Əslində isə körpünün adı sınıq yox, “Sınaq körpü”dü! Qədimdə belə körpüləri inşa edən baş memarın boynuna qoyurdular ki, ağırlığa tab gətirən inşa etməsən kərpicləri sənin belinə töküləcək. Yəni, körpü tikilib hazır olandan sonra ağırlığa dözümünü yoxlamaq üçün üstündən ağır arabalar yeridirdilər və sınaq vaxtı memar körpünün altında dayanırdı. Ki, körpü mükəmməl deyilsə qoy, memarın belinə uçsun. 

Aramızdakı bu “Sınaq körpü” haqda əfsanə də var. Əfsanədə deyilir ki, sınaq vaxtı təkcə memarın özü yox, onun ailə üzvləri də körpünün altında dayanıb. 

Hələ “Qarabağ” sözünün etimologiyasını demirəm! Demək, təbliğat o qədər səhv gedib ki, çox adam elə bilir Qarabağ böyük bağ deməkdi. Çox gülməlidi! A kişilər, Qarabağ Qarapapaq sözündəndi! Borçalıdan üzü bəri bütün Kür çayı hövzəsi boyu Qarapapaqlar səpələnib. Borçalıda bu gün də köhnə kişilər özlərinə “Qarapapax” deyirlər. Qarapapax-Qarapbax-Qarabağ!

Sonra. Uca bir Ağrı dağı var, haçan baxsan zirvəsində qar görünür. Bu dağ həmişə uzaqdan qar dağı kimi görünür- dümağ. Dağın adı “Ağrı” yox, “Ağarıdı”! Ağarı dağı! Yəni, həmişə ağaran dağ! Ermənilər bu dağa Ararat deyir. Çünki, bu dağa “Ağaran dağ” da demişik. 

Birini də deyim, üç olsun, düşmən puç olsun!

Deməli, Göyçə gölünə axan çaylardan birinin də adı Axtamardı. Bizim dildə “ağ su” və “qara su”  mövhumları var. Tərkibində duz olan, içməyə yaramayan, cod suya “qara su”, tərkibi təmiz olan içməli suya isə, “şirin su”, yaxud “ağ su” deyirik. “Axtamar” isə axtamar yox, Osmanlı qardaşlarımızın dediyi kimi “Ak-tamar”dı. Ağ damardı, yəni. Suyu içməli olan, suyu ağ olan çaydı – Ağ damardı, ağ damar! 

Kimə deyirsən? Bir vaxtlar erməni belə bir əfsanə uydurub bizim millətin ağlına yerləşdirmişdi. Guya, bir azərbaycanlı oğlan Tamara adlı bir erməni qızına aşiq olur. Erməni qızı oğlanın qarşısına şərt qoyur. Ona deyir, əgər sən Göyçə gölünü bu üzdən o üzə üzüb geri qayıda bilsən səninlə evlənməyə razılıq verərəm. Oğlan qızın şərtinə görə gölün bu üzündən o biri tərəfinə üzməyə başlayır və Aktamar çayının hövzəsinə çatanda artıq üzməyə nəfəsi çatmır. Son nəfəsində sahildə onu gözləyən qıza tərəf “Ax Tamara!” deyə bağırır. Bu əhvalatdan sonra həmin çayın adı Axtamar olur. 

Gözünüz aydın, ermənilər lap çoxdan “Axtamar” konyakı buraxır. 

Yadıma gəlir, Sumqayıt adı haqda da belənçik bir əfsanə uydurub orta məktəb kitablarına salmışdılar. Burdakı əhvalat biraz fərqli olmuşdu. Burda qız Sum adlı oğlana səslənmişi: “Sum, qayıt, Sum qayıt!” Sum hara qayıdır? 

Deyirəm axı, 20 Yanvardakı taksi şoferləri də hərdən o naməlum Sumu  səsləyirlər: “Sum, qayıt, Sum, qayıt!”  Sum hara qayıdır?! Bilir ki, qayıdan kimi onu zorla maşına basıb Sumqayıta aparacaqlar.         
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri