Leninqrad vilayətində PUA hücumu nəticəsində logistika obyekti yanıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Leninqrad vilayətində yerləşən "Wildberries" logistika obyektində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yanğın baş verib.
XQ Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Wildberries" və "Russ" (RWB) birləşmiş şirkətinin mətbuat xidmətindən bildirilib.
"Hücum nəticəsində şirkətin Krasnı Borda (Leninqrad vilayəti) yerləşən logistika obyektində yanğın olub. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. Obyektdə əvvəlcədən təxliyə həyata keçirilib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - məlumatda bildirilib.
Cari tədarüklərin qəbulu müvəqqəti məhdudlaşdırılıb, onlar digər obyektlərə yönləndirilib.
Bu mövzuda digər xəbərlər:Leninqrad vilayətində pilotsuz uçuş aparatı vurulub
04 Yanvar 2025 12:05
Leninqrad üzərində iki Ukrayna PUA sı vurulub
17 İyul 2025 10:19
Leninqrad vilayətində dron təhlükəsi: Təhlükəsizlik tədbirləri gücləndirilib
07 İyul 2025 16:52
Leninqrad vilayətində 7 pilotsuz təyyarə məhv edilib
04 Oktyabr 2025 08:25
Leninqrad vilayətində neft emalı zavodu yanır VİDEO
30 Avqust 2026 10:11
Baxış sayı:179
Bu xəbər 04 Avqust 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















