Icma.az
close
up
RU
Lənkəran nın belaruslu baş məşqçisi: Gözəl ölkədə əla günlər keçirdim

Lənkəran nın belaruslu baş məşqçisi: Gözəl ölkədə əla günlər keçirdim

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Lənkəran"nın belaruslu baş məşqçisi Georgi Kondruseviçin Azərbaycan Basketbol Liqasında mövsümün son matçından sonra klubun mətbuat xidmətinə müsahibəsi

- Bu gün Azərbaycan Basketbol Liqasında 2024-25 mövsümündə son oyununuzu keçirdiniz. "Gəncə"yə böyük hesabla məğlub olduğunuz matç (74:100) barədə nə deyə bilərsiniz?

- Demək olar ki, 3 period mübarizə apara bildik. Daha sonra isə 9 nəfərlə oynamağımız, rotasiya imkanlarının az olması öz sözünü dedi. Əsas oyunçularımızdan olan Ceydem Folkner xəstələndiyi üçün bu matçı buraxmalı oldu. 4-cü periodda bu özünü daha çox göstərdi. Oyun bizim üçün psixoloji olaraq da çətin idi. Təbii ki, azarkeşlərimizin qarşısında daha yaxşı oyun nümayiş etdirmk istəyərdik. Döyüşdüyümüzü düşünürəm. Ən azından bunu etməyə çalışdıq.

- Bu mövsüm "Lənkəran" doğma azarkeşləri qarşısında qələbə qazana bilmədi. Onların mövsüm boyu dəstəyini necə qiymətləndirirsiz?

- Bəli, təəssüf ki, bunu bacarmadıq. Bu cür güclü liqada heyətdə hər zaman problemlərin yaşanması fonunda qələbələr qazanmaq çətindir. Amma buna baxmayraq, səfərdə 3 dəfə rəqibləri məğlub etdik. Ötən il "Şəki" komandasının cəmi 1 qələbə qazanmasını xatırlasaq, yeni yaranan komanda üçün bu, pis deyil. Nəzərə almaq lazımdır ki, biz cəmi 5 oyunda tam heyətlə mübarizə apardıq. Bəzi oyunlarda qələbəyə çox yaxın olduq. Əfsuslar olsun ki, həmin matçlarda şans bizim tərəfimizdə deyildi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlar bizə dəstək oldular. Bu mənim üçün əla motivasiya idi. Qalib gəlməsək də, onlar hər dəfə bizə dəstək oldular. Mən də bir məşqçi kimi əlimdən gələni etdim.
- Sizin üçün il boyu ən yaddaqalan matç hansı oldu?

- Ən yadda qalan mövsümün əvvəlində "Sumqayıt"la oyun oldu. Onda hesabda 15 xal geridə olsaq da, yekunda 22 xal fərqi ilə qələbə qazandıq. İlk qələbəmiz, fikrimcə, yaddaqalan oldu.

- Son olaraq Azərbaycan və Lənkəran haqqında təssüratlarınız? Buranı necə xatırlayacaqsınız?

- Azərbaycnn çox maraqlı ölkədir. Mən burda yeni insanlarla tanış oldum. Burda olmaq mənim üçün xoş oldu. Ümumilkdə baxsaq, deyə bilərəm ki, gözəl ölkədə əla günlər keçirdim. Lənkəran da fərqli yer idi. Bakıya ümumiyyətlə bənzəmirdi.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Aprel 2025 04:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri