Icma.az
close
up
RU
Lənkərana ikigünlük mediatur

Lənkərana ikigünlük mediatur

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Jurnalistlər bölgənin turizm imkanları ilə ətraflı tanış olublar

Mavigözlü Xəzərin qoynunda, əzəmətli Talış dağlarının əhatəsində əsrarəngiz, füsunkar bir diyar var. Tarixi mənbələrdə adı Ləngərkünan, Lankon, Leynəkəran, Lenkoran, Lanqaran, ən nəhayət, Lənkəran kimi göstərilir.

Cənub mirvarisi sayılan Lənkəran qədim tarixə, unikal təbiətə malikdir. Şəninə şeirlər yazılıb, nəğmələr bəstələnib. Əsrlər boyu görkəmli şəxsiyyətlərin, xarici qonaqların nəzər-diqqətini cəlb edib. Gözəl, təkrarsız təbiəti, halal, əməkçi, qonaqpərvər insanları tarixi kitablarda, ədəbi nəşrlərdə böyük sevgi ilə tərənnüm olunub.

Lənkəran bu gün də yerli və xarici turistlərin ən çox ziyarət etdiyi, hüsnündən, əsrarəngiz mənzərələrindən doymadıqları gözəl məkandır.

Azərbaycan Dövlət Turizm Agentliyinin jurnalistlər üçün təşkil etdiyi ikigünlük mediaturun iştirakçıları da bunun canlı şahidləri oldular. Mediaturun əsas məqsədi Lənkəran şəhərinin turizm potensialının ətraflı nümayiş etdirilməsi, mövcud turizm imkanları haqqında məlumatlılığın artırılması və rayonun turizm marşrutlarının geniş auditoriyaya tanıdılması idi.

İlk tanışlıq Lənkəran şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi şərəfinə salınmış parkdan başladı. Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov 2018-ci ildə parkda əsaslı yenidənqurma işlərinin aparıldığını və burada müasir infrastrukturun yaradıldığını bildirdi. Parkın ərazisində Ulu öndərin abidəsinin ucaldıldığını, Heydər Əliyev Mərkəzinin, Gənclər Evinin, müasir layihə əsasında bir sıra sosial təyinatlı obyektlərin tikildiyini vurğuladı.

Simmetrik qaydada salınmış yaşıllıqlar, fəvvarələr, müasir işqlandırma sistemi, dünyanın müxtəlif yerlərindən gətirilmiş nadir ağac və gül kolları media nümayəndələrinin marağına səbəb oldu. Sonra Ümummilli liderin əzəmətli abidəsini ziyarət edərək önündə xatirə şəkli çəkdilər.

Lənkəran Rayon Tarix Diyarşünaslıq Muzeyində mediaturun iştiakçılarını muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetinin dosenti Leyla Məcidova qarşıladı. Muzey haqqında geniş məlumat verərək dedi:

– Lənkəranda Xan evi kimi tanınan bu əzəmətli binanı Mirəhməd xan Tiflis şəhərində keçirilən “Qafqaz gözəli” müsabiqəsinin qalibi olmuş sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa etdirib. 1913-cü ildə Fransadan dəvət olunmuş memarlar, xarici və yerli ustalar tərəfindən 3 ayda tikilmiş bu gözəl saray Lənkəranın ilk çoxmərtəbəli binası hesab olunur.

Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Keçən əsrin əvvəllərində binada işıqlandırma və istilik sistemi qurulub. Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə olunub və Tuğra xanım doğma ocağından didərgin salınıb.

Bakıya köçən Tuğra xanım ağır həyat tərzi keçirib. Vəziyyət onu məcbur edərək xadimə işləyib. Mirəhməd xanın Venesiyadan gətirib ona hədiyyə etdiyi 7 ədəd güzgüdən 4-ü Ermitaja aparılıb, müstəqillik illərində üçü tapılaraq muzeyə qaytarılıb. Bu binadan daha bir çilçıraq və giriş qapısının açarları yadigar qalıb.

1991-ci ildə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi Xan evinə köçürülüb. 3 mərtəbədən, 12 otaqdan ibarət muzeydə 12 min 500 eksponat qorunur.

Muzeyin ekspozisiyasının təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni və müasir dövr adlı bölmələrdən ibarət olduğunu vurğulayan direktor keçən il 75 min nəfər turistin buranı ziyarət etdiyini bildirdi.

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev 1979-cu il dekabr ayının 8-də Lənkərana növbəti səfəri zamanı muzeydə olub və xatirə kitabına təəssüratlarını yazıb.

Prezident İlham Əliyevin yüksək qayğısı sayəsində muzeydə inşaat və təmir işləri görülüb. Dövlətimizin başçısı 2015-ci il aprelin 11-də Lənkərana səfəri çərçivəsində muzeydə yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə, muzeyin ekspozisiya zalları ilə yaxından tanış olub.

Lənkəran rayonunun Talışlı kəndində Eynulla Calalov həyətyanı sahəsində bambuk bağı salıb. Sahibkar mətbuat işçilərinə müsahibəsində dedi ki, 1992-ci ildən bambukçuluqla məşğul olur. Əvvəllər bu ağac balıqçılıq təsərrüfatlarında işlədilib. Mebel sənayesi üçün çox qiymətli xammaldır. Çinlilər buna “həyat ağacı” da deyirlər.

Eynulla bambukdan stol, stul, kreslo, kitab rəfi, stəkan, tütək və çoxlu suvenirlər hazırlayır. Əl işləri yerli və beynəlxalq sərgilərdə nümayiş olunur. Sifariş əsasında hazırladığı məhsulları müştərilərə çatdırır. Əməyi fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.

Hirkan Milli Parkı və Xanbulançay su anbarı yerli və xarici turistlərin ən çox ziyarət etdikləri məkanlardır. Parkın işçisi media nümayəndələrinə məlumat verərək dedi ki, Hirkan Milli Parkı 2004-cü ildə region üçün xarakterik olan relikt və endemik bitki növlərinin, eləcə də nadir heyvanların qorunması və təbii ekosistemlərin saxlanılması məqsədilə yaradılıb.

Park ölkəmizin nadir təbiət abidələrindəndir. Ərazisində yerləşən meşələr planetimizdə buzlaşma dövründən salamat çıxmış nadir subtropik massivlərdir. Hirkan zəngin flora regionu və bioloji müxtəlifliyi ilə dünya miqyasında tanınır. 2019-cu ildə Hirkan meşələrinin böyük hissəsi “Hyrcanian Forests” adı ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Xanbulançay su dəryaçası 1976-cı il dekabr ayının 28-də istifadəyə verilib. Ümumi su tutumu 52 milyon kubmetrdir. Açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak edib. Dağlara güzgü tutan, hər tərəfdən yaşllıqlara bürünmüş bu əsrarəngiz, füsunkar yerlər media mənsublarında xoş ovqat, gözəl əhvali-ruhiyyə yaratdı. Jurnalistlər gölün fonunda xatirə şəkli çəkməyi də unutmadılar.

Mediatur çərçivəsində mətbuat nümayəndələri İstisu qəsəbəsində “Lənkərançay” MMC-nin yaşıl çay plantasiyasına baş çəkdilər. Təsərrüfat barədə Əziz Əhmədov məlumat verdi. Bildirdi ki, sahibkar Araz Yaqubov 2011-ci ildə “Kolxida” növ çay plantasiyası salıb. Təsərrüfatın 61 hektar çay sahəsi var. Aqrotexniki tədbirlər xaricdən gətirilmiş müasir texnikalar vasitəsilə görülür. Çay kolları müasir çiləmə üsulu ilə suvarılır.

Prezident İlham Əliyev 2017-ci il sentyabr ayının 2-də Lənkərana növbəti səfəri çərçivəsində təsərrüfatda olub, işçilərlə görüşüb, tövsiyə və məsləhətlərini verib.

Jurnalistlər göz işlədikcə uzanan plantasiyanı gəzdilər, xanım jurnalistlər milli geyimdə nümunə üçün yaşıl çay yarpaqları yığdılar. Sonra təsərrüfatın emal müəssisəsində istehsal prosesini izlədilər, onlara “Lənkəran çayı” brendi ilə buraxılan məhsullar təqdim olundu.

Təsərrüfata məxsus “Nilado” Lənkəranın müasir turizm və qastronomiya mərkəzlərindən biridir. Turistlər üçün burada hər cür şərait yaradılıb. Təsərrüfarın nümayəndəsi Əziz Əhmədov bildirdi ki, Lənkəran ilə ABŞ-ın Monterey şəhərləri arasında qardaşlaşma əlaqələrinin rəmzi olaraq ərazidə Monterey Dostluq Parkı salınıb. Hər il bura Türkiyə, Rusiya, Ukrayna, Polşa və digər xarici ölkələrdən turistlər gəlir.

Mediatur iştirakçıları "Balçı Səyavuş" arıçılıq təsərrüfatında da oldular. Təsərrüfatın rəhbəri Səyavuş Yaqubov bildirdi ki, KOBİA-nın arıçılıqla bağlı ikinci qrant müsabiqəsinin qalib olub, ötən ildən “Şəhərdən-kəndə” layihəsinə qoşulub. Ənənəvi arıçılıqdan fərqli olaraq innovativ arıçılıqla da məşğul olur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC və PAŞA Holdinqin maliyyə dəstəyi ilə arıçılıq muzeyi də yaradıb.

Jurnalistlər muzeydə arı məhsullarının bütün növləri ilə tanış oldular. Sahibkar qeyd etdi ki, burada apiterapiya evi (arı məhsulları ilə müalicə) fəaliyyət göstərir. Arı havasında yatmaq üçün xüsusi otaq var. Bu müalicə üsulu beyin fəaliyyətini sakitləşdirir, zehni fəaliyyəti və immun sistemi gücləndirir.

“Arıçılıqda özümüzün hazırladığımız smart tərəzilər də var. Bu tərəzilər arı pətəyinin altına yerləşdirilir və sms vasitəsilə məsafədən arı haqqında məlumatları (çəkinin artıb azalması, rütubət və temperatur) əldə edirik. Arıçılıq muzeyinin fəaliyyəti bölgənin turizm potensialının tanıdılması və arıçılıq ənənələrinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir”, - deyə sahibkar bildirdi.

Beləcə, ikigünlük mediatur başa çatdı. Media nümayəndələri xoş ovqatla, zəngin təəssüratlarla paytaxta qayıtdılar.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri