Icma.az
close
up
RU
Lənkəranda bələdiyyə fəaliyyəti ilə bağlı təlim keçirilib

Lənkəranda bələdiyyə fəaliyyəti ilə bağlı təlim keçirilib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihə çərçivəsində növbəti tədbirini 2025-ci il 6 avqust tarixində Lənkəran rayonu, “Lüxe Lənkəran” otelinin zalında keçirdi.

Tədbirdə 24 nəfər iştirak etdi. İştirakçılar əsasən Lənkəran rayon bələdiyyələrinin nümayəndələrindən ibarət idi. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin rəhbəri Famin Mirzəyev də iştirak edirdi.

Təlimi cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardı.

Layihənin ikinci mərhələsi tədbirin birinci mərhələsinin qısa xülasəsi – iştirakçıların iştirakı ilə başlandı. Daha sonra birinci mərhələnin sonunda ev tapşırığı olaraq verilən işlərin təqdimatı keçirildi. Dörd layihənin təqdimatı qrup tərəfindən müsbət qarşılandı.

Aşağıdakı mövzular üzrə təlimçi Əntiqə Qurbanova geniş məlumat verdi:

Sosial problemlərin həllinə əhalinin cəlb edilməsi; İnsan haqlarının, xüsusən qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə kömək edə biləcəkləri).

Sonra iştirakçılar geniş müzakirələr apardılar və bu sahədə öz təcrübələrini də paylaşdılar. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığı qurbanlarına necə kömək edə biləcəkləri barədə də məlumat verildi.

İzah edildi ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixoloji, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Kiçik qruplarda iş – “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” sualı müzakirə olundu.
İştirakçılar dörd qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət oldu.

Təlimçi izah etdi: “Hər qrup üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq, onları ideyalarına necə inandıracaq və ideyalarını necə təqdim edəcək.”

Qruplar birlikdə işlədilər və hər qrupdan bir nəfər, həmçinin sahibkar və ya fond rəhbəri birlikdə təqdimat etdilər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Avqust 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri