Lənkəranda ağacəkmə aksiyası keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran, 11 mart, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Ələt-Astara avtomobil yolunun Şiləvar kəndindən keçən hissəsində təşkil olunub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları əvvəlcə Şiləvar qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib, onların xatirəsini anaraq məzarları önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Tədbir çərçivəsində 100 ədəd şam ağacı əkilib, yeni əkilən ağaclar suvarılaraq dayaqlarla möhkəmləndirilib.
Yaşıllaşdırma tədbirlərinin ilboyu davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 11 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















