Lənkəranda konserv sexinin fəaliyyəti məhdudlaşdırıldı
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Lənkəranda bölgə teatrlarının fəaliyyəti müzakirə olunub AZƏRTAC
24 Dekabr 2024 17:17
Lənkəranda bələdiyyə fəaliyyəti ilə bağlı təlim keçirilib
16 Avqust 2025 19:01
Lənkəranda ayrılıq
14 Dekabr 2024 12:29
Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı
27 Noyabr 2024 11:49

