Lənkəranda bıçaqlanma hadisəsi baş verib
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəranda çayxanada 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.
Avtosfer.az-ın Teleqraf-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Girdəni kəndi ərazisində yerləşən çayxanaların birində qeydə alınıb.
Belə ki, aralarında yaranan mübahisə zəminində kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. S. Bayramova döş qəfəsi və bud nahiyəsinin açıq yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 May 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















