Lənkəranda qəzalı vəziyyətdə olan körpü Sakinlər narazılıq edir, bələdiyyə isə vəsaitin olmadığını deyir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Lənkəran rayonunun Viyən kənd sakinləri körpülərin qəzalı, yolların isə dağılmış vəziyyətdə olmasından narazıdırlar.
Sakinlər bildirirlər ki, kənddə xeyli sayda xəstənin olmasına baxmayaraq, yolların qəzalı vəziyyətdə olması səbəbilə təcili yardım kəndə gələ bilmir.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmayıb.
Məsələ ilə bağlı olaraq Lənkəran rayonu Aşağı Nüvədi kənd bələdiyyəsinin sədri İqbal İbrahimov qeyd edib ki, Viyən kəndinin bir qrup sakini tərəfindən körpünün yararsız vəziyyətdə olması ilə bağlı müraciət daxil olub:
"Araşdırmalarımız nəticəsində məlum oldu ki, iki körpü həqiqətən də istifadəyə yararsız vəziyyətdədir. Lakin körpünün təmiri üçün lazım olan vəsait hələlik bələdiyyənin balansında yoxdur".
Ətraflı Baku TV-nin süjetində:
Lənkəranda qəzalı vəziyyətdə olan körpü - Sakinlər narazılıq edir, bələdiyyə isə vəsaitin olmadığını deyir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Sentyabr 2025 02:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















