Lənkəranda təşkil olunan təlimlərdə 19 hakim iştirak edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 mart, AZƏRTAC
Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Lənkəran şəhərində hakimlər üçün mülki hüquq və mülki proses hüququ mövzularını əhatə edən təlimlər keçirilib.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a verilən məlumata görə, təlimləri Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitski tədris ediblər.
Təlimlər hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan onların vasitəsilə digər hakimlərin, eləcə də hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub. Beş gün davam edən təlimlərdə müxtəlif instansiyalar üzrə 19 hakim iştirak edib.
Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu sahədə hakimlərin hazırlığının davamlı olaraq təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Mart 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















