Lənkəranda zabitlər qəzaya DÜŞDÜ FOTO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran şəhərində ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ötən gün gecə saatlarında şəhərin Zərifə Əliyeva küçəsində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil, Göyşaban kənd sakini, 2000-ci il təvəllüdlü Hikmət Davudzadənin idarə etdiyi “Opel” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində “Mercedes”də olan Sabirabad rayon sakinləri — 2005-ci il təvəllüdlü Allahverdi Oruczadə və Emil Əliyev, eləcə də “Opel”in sürücüsü Hikmət Davudzadə və sərnişin, Lənkəran şəhər sakini Səbuhi Həmidli müxtəlif xəsarətlər alıblar.
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Allahverdi Oruczadənin vəziyyətinin ağır olduğu bildirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin müalicəsi davam etdirilir.
Qeyd olunur ki, “Mercedes”də olan şəxslər “N” saylı hərbi hissədə xidmət edən zabitlərdir.
Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Aprel 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















