Leon Qoretskanın Bavariyadan ayrılır?
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretskanın yay transfer pəncərəsində klubdan ayrılma ehtimalı azalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün əvvəlində Münxen təmsilçisinin rəhbərliyi futbolçuya təklif gəldiyi təqdirdə onun transferinə razılıq verməyə hazır olduğunu bildirmişdi. Hətta o vaxt Qoretskanın komandadan ayrılma ehtimalı yüksək qiymətləndirilirdi.
Hazırda vəziyyət dəyişib. Münxen klubu portuqaliyalı yarımmüdafiəçi Joao Palhinyanın komandadan ayrılmasından sonra Qoretskanın satılmasını istisna edir.
Qoretskanın "Bavariya" ilə müqaviləsi gələn ilin ortalarında başa çatır. O, ötən mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 6 qola imza atıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:61
Bu xəbər 05 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















