Lerikdə yeniyetmənin halı pisləşdi Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Güclü qarın yağması səbəbindən Lerik rayonunun Loda və Vilik kəndlərinə giriş-çıxışın bağlanması çətin anlara səbəb olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, halı pisləşən Vilik kənd sakini, 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmaq yalnız ağır texnika, kənd sakinləri və kənd icra nümayəndəliyinin köməyi ilə yolu açdıqdan sonra mümkün olub.
Ötən gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan yeniyetməyə kəskin appendisit diaqnozu təyin edilib və o, dərhal əməliyyata götürülüb.
Qeyd edək ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
@oxuaz? Bir insanı xilas etmək üçün hər kəs əlbir oldu! Lerik rayonunda, güclü qarın səbəb olduğu çətin hava şəraitində, Vilik kəndinin sakinləri, ağır texnika və kənd icra nümayəndəliyinin köməyilə, halı pisləşən 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmağı bacarıblar! ❄️? #İnsanHəyatı #Lerik #Səhiyyə #Yeniyetmə #Vilik #qar #xəbərlər
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Fevral 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















