Leyboristlərin immiqrasiya məhdudiyyətləri Britaniyaya 4,4 milyard funt sterlinqə başa gələ bilər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 6 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin qiymətləndirməsinə görə, Baş nazir Kir Starmerin immiqrasiyanı məhdudlaşdırmağa yönəlmiş yeni planları ölkə iqtisadiyyatına 4,4 milyard funt sterlinqə qədər zərər vura bilər.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, may ayında təqdim edilən islahat paketi çərçivəsində hökumət immiqrasiyanı azaltmaq üçün bir sıra sərt tədbirlər elan edib.
Bu tədbirlərə beynəlxalq tələbələrin təhsillərini başa vurduqdan sonra Böyük Britaniyada qalma müddətinin qısaldılması və ölkədə daimi yaşamaq imkanlarının məhdudlaşdırılması daxildir. Starmer həmin vaxt “Bu ölkədə məskunlaşmaq hüquq deyil, qazanılmalı olan bir imtiyazdır”, - deyə bildirmişdi.
Yeni sənəddə həmçinin “bacarıqlı işçi vizası” üçün ingilis dili tələbinin gələn ildən artırılacağı və xarici işçiləri işə götürən Britaniya şirkətlərinin ödədiyi immiqrasiya bacarıqları rüsumunun üçdə bir nisbətində artırılacağı qeyd olunur. Daxili İşlər Nazirliyinin iqtisadi təsir qiymətləndirməsində göstərilir ki, bu siyasət dəyişikləri nəticəsində Böyük Britaniya qarşıdakı beş il ərzində təxminən 1,2 milyard funt sterlinq itirə bilər. Mənfi ssenarilərin ən pis variantında itki 4,4 milyard funt sterlinqə qədər yüksələ bilər. Yalnız ən optimist ssenaridə ölkə bu dəyişikliklərdən 0,8 milyard funt sterlinq qazanc əldə edə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















