Icma.az
close
up
RU
Ukraynaya dəstək Britaniyaya 100 milyard dollara başa gəlib

Ukraynaya dəstək Britaniyaya 100 milyard dollara başa gəlib

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ukraynaya dəstək Britaniya iqtisadiyyatına ən azı 79 milyard funt-sterlinqə (99,9 milyard dollara) başa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Belə ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Londonun Kiyevə verdiyi hərbi yardımın həcmi 7,8 milyard funt sterlinq (9,9 milyard dollar) təşkil edib.
Daha 4,1 milyard funt-sterlinq (5,2 milyard dollar) Böyük Britaniya tərəfindən Dünya Bankı vasitəsilə kredit zəmanəti kimi təqdim edilib.
Ukraynaya birbaşa iqtisadi yardım üçün təxminən 1 milyard funt sterlinq (1,3 milyard dollar) ayrılıb.
Nəşr yazır ki, Ukraynaya dəstək kontekstində Böyük Britaniya hökumətinin təşəbbüsü ilə Rusiyaya qarşı sanksiyaların təsiri də ciddi maddi itkilərə səbəb olub. Belə ki, Avropa hakimiyyətinin Rusiyanın enerji resurslarından imtina etməsi yanacağın qiymətinin artması ilə nəticələnib və bu da, Köhnə Dünya ölkələrinin iqtisadiyyatına ciddi ziyan vurub.
“The Daily Telegraph”ın hesablamalarına görə, təkcə Rusiya-Ukrayna müharibəsinin ilk iki ilində Böyük Britaniya enerji sanksiyaları ilə əlaqədar qaz alışına əvvəlki səviyyələrlə müqayisədə 44 milyard funt sterlinq (55,7 milyard dollar) çox xərcləyib.
Bundan əlavə, qəzetin qeyd etdiyi kimi, yüksək əmtəə qiymətləri krallıqda sənaye istehsalına nəzərəçarpacaq dərəcədə təsir göstərib ki, onun azalması nəticəsində iqtisadiyyat 2022-ci ildə təxminən 22 milyard funt sterlinq (27,8 milyard dollar) itirib.
“The Daily Telegraph” əlavə edib ki, Böyük Britaniya hökuməti Ukraynanı dəstəkləmək üçün vergiləri daha da artırmalı olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 21 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri