Icma.az
close
up
RU
Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi Ölkə rəhbərliyinə ŞOK məktub

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi Ölkə rəhbərliyinə ŞOK məktub

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Paytaxtda elə primitiv özbaşınalıqlar olur ki, “bişmiş toyuğun da gülməyi gəlir”. Belələrinə isə “Yol əhvalatı” filmində deyildiyi kimi, nə ad vermək olar – qrabitel, tüfeyli...

Ancaq anlamırlar ki, nə polis, nə prokurorluq, nə məhkəmə onların əlində oyuncaq deyil. Hər nə qədər şahın qanun olmasını istəsələr də, qanun qalibdir və günahkarın cəzasını verir.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Bu ölkədə nazir də həbs edilib, MTN generalı da, icra başçısı da. Çünki dövlət var, qanunun aliliyi var, ədalət var. Belədə isə şəxsin kimliyi, vəzifəsi əhəmiyyət daşımır. Əgər cinayət varsa, cəzası da var.

Məsələn, elə götürək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 192, 1.Talıblı 24 a, 26 və 28 saylı ünvanlarda sakinlərin müraciətini. Onlar Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və diər qurumlara üz tutublar.

Redaksiyamıza daxil olan müraciətdə “Smartdom” MMC tikinti şirkəti tərəfindən sakinlərin hüquqlarının kobud şəkildə pozulmasının qarşısının alınmasında dövlət orqanlarının yardım etmələri xahiş olunur. Yəni görün vəziyyət hansı həddə çatıb ki, “Smartdom” MMC adlı şirkət belə özünü ağa sayır. Amma qanunun və dövlətin gücünü hesablamır.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Sakinlər isə qanuna və dövlətə güvənir. Ona görə ölkənin siyasi və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət ediblər.

Müraciətdə bildirilir ki, həyət daxilində “Smartdom” MMC tərəfindən aparılan tikinti işləri günün müxtəlif saatlarında və hətta gecə saatlarından başlayaraq səhərədək davam edən yüksək səsli vibrasiyalı qazıntı işləri aparılmasından narazılıq doğurur. Həmçinin sakinlər ağır tonlaqlı yük maşınlarının səs-küyündən mənzillərində rahat otura bilmirlər. Ağır yükqaldıran kranın hərəkəti göstərilən ünvanda yaşayan sakinləri ciddi şəkildə narahat edir. Bu barədə DİN-in “102” və FHN-nin “112” qaynar xəttinə dəfələrlə məlumat verilib, amma tədbir görülməyib.Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Sakinlərin redaksiyamıza müraciəti əsasında təqdim edilən materiallarla tanış olmuşuq, göstərilən ərazidə redaksiyanın əməkdaşları olub və bəzi qanun pozuntularına şahidlik ediblər.

Təqdim edilən sənədlərdən bəlli olub ki, Bakı şəhər icra başçısı Eldar Əzizov tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə 192, 1.Talıblı 24 a, 26 və 28 saylı ünvanlarda şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Smartdom” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binaların və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Smartdom” MMC-nin istifadəsinə verilməsinə dair 21.04.2020-ci il tarixli, 80 nömrəli sərəncam veribmiş.

Sərəncamda göstərilən Tapşırığın 1.1.-ci bəndinə əsasən, “Smartdom” MMC sahəni qəbul etməli və onun sanitar vəziyyətinə riayət etməli, 2.3.-cü bəndinə əsasən, sahənin qanunsuz zəbt olunmasının qarşısını almalı və mövcud yaşıllıqların qorunub saxlanmasını təmin etməlidir.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Yerində araşdırma aparılarkən sakinlərin çoxlu sayda ağacların “Smartdom” MMC tərəfindən məhv edildiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdiklərini və həmin nazirliyin nümayəndələri tərəfindən yerə baxış keçirilib, araşdırma nəticəsində perimetr boyunca hasara alınmış ərazinin daxilində müxtəlif diametrli, cinsi ağac və kolların ağır texnikalar vasitəsilə kökündən çıxarılaraq məhv olunduğu müəyyən edilib.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Faktla bağlı akt tərtib edilib, yaşıllığa dəymiş ziyan hesablanıb, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanıb. BŞİH-dən gələn cavabda isə bildirilib ki, sözügedən ünvanda ağacların kütləvi məhv edilməsi ilə bağlı araşdırma aparılır. Mövsümdə yeni ağaclar əkiləcəyi söz verilib. Lakin indiyədək heç bir iş görülməyib.

Sakinlərin bildirdiyinə görə, 2018-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış həyət “Smartdom” MMC tərəfindən 2021-ci ildən başlayaraq məhv edilir, uşaqlar üçün nəzərdə tutulmuş yeganə idman və əyləncə meydançası isə 2025-ci ilin martında, bayram günlərində sakinlərin gözü qarşısında dağıdılıb.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Sakinlərin müraciətində sual edilir ki, “Smartdom” MMC-nin tikdiyi binalardan kənar ərazidə, həyətin ortasında yaşıllıqların kütləvi məhv edilməsindən, uşaq futbol meydançasının ləğv edilməsindən, sakinlərin söhbətgahlarının sökülməsindən sonra həmin ərazidə layihədə qeyd edilməyən yeraltı avtomobil dayanacağının tikintisinə komitə tərəfindən icazə verilirmi?

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir... 

Daha bir tutarlı sorğuda bildirilir ki, tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanası sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy verilmədirmi?

“Smartdom” MMC-dən yeraltı dayanacağın tikintisinə icra hakimiyyətindən (?) icazə verildiyi bildirilir. Bu icazənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verilib- verilmədiyindən, dəqiqləşdirə bilmədiyimiz hansı icra hakimiyyəti (?) tərəfindən verilməsi bizə aydın deyil.Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

“Smartdom” MMC-nin rəhbərliyinə ünvanlanan müraciətdə isə deyilir ki, sərəncamda göstərilən Tapşırığın 1.1.-ci bəndinə əsasən, “Smartdom” MMC sahəni qəbul etməli və onun sanitar vəziyyətinə riayət etməli, 2.3.-cü bəndinə əsasən, sahənin qanunsuz zəbt olunmasının qarşısını almalı və mövcud yaşıllıqların qorunub saxlanmasını təmin etməlidir.

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Vaxtilə “Abad həyət”in “Bərbad həyət”ə çevrilməsinə, hər gün gecə 00.00-dan səhər 07.00-dək, istirahət və bayram günlərində, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən yüksək vibrasiya və səs-küy yaratmaqla apardığınız qazıntı tikinti işləriniz hansı ünvəncirlə tənzimlənir? Bu sakinlərin istirahət hüquqlarının pozulması demək deyilmi? Binaların əhatəsində, 10-30 metrlik məsafədə quraşdırılmış ağır kranın hərəkət zamanı binanın hansına birinin üzərinə düşməsi, sakinlərin və xüsusən də uşaqların təhlükəsiz şəraitdə yaşaması sakinlərin təhlükəsizliyinin pozulması deyilmi? Sakinlərə avtomobillərinin saxlanması üçün hansı qanuna əsasən pul tələb olunur?

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub .Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...

Bütün bu suallar cavabsız qalıb və sakinlər dövlət qurumlarından və Leyla xanımdan dəstək gözləyir.(Rubrika.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri