Icma.az
close
up
RU
Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan panel müzakirələrində iştirak etdi

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan panel müzakirələrində iştirak etdi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan "İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələri əhatə edən əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Eyni zamanda, Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan Respublikası bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atmaqdadır.

Daha sonra Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.

Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, sözügedən tədbir çərçivəsində Çin Xalq Respublikası Ekologiya və Ətraf Mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-nin həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-nin Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see208

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see207

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see141

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see134

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see130

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri