Leyla Əliyeva COP29da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub FOTOLAR
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Azərsun Holdinq” pavilyonuna baş çəkib.
Adalet.az xəbər verir ki, Leyla xanıma pavilyon daxilində təqdim olunan innovativ həllər və yeni süni intellekt layihələri olan ECONAR və ECO19-la bağlı məlumat verilib.
Daha sonra “Azerçay”ın xüsusi hədiyyə dəsti təqdim olunub. Artıq bir neçə gündür davam edən layihə çərçivəsində COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşı "Azərsun Holdinq" Yaşıl zonada yerləşən pavilyonunda ziyarətçiləri qəbul edir. Media nümayəndələri və müxtəlif şirkətlərin əməkdaşları pavilyon daxilində keçirilən tədbirdə müzakirələrə qoşulurlar. Mövzular əsas etibarilə ilə süni intellekt və təkrar emal, sağlam həyat ilə bağlı olur.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















