Icma.az
close
up
RU
Leyla Əliyeva COP29da nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi FOTOLAR

Leyla Əliyeva COP29da nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 21-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) əməkdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı” mövzusunda panel müzakirələri təşkil olunub.

IDEA-dan "Unikal"a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqları salamlayaraq nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistem və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır. Daha sonra Cənubi Qafqazın zəngin təbiəti və buraya xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləri barədə tədbir iştirakçılarına məlumat verilib.

IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunmuş fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas olan unikal heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer yutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın “Böyük Beşliyi” layihəsini qeyd etdi. Bildirildi ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.

Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.

BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbir çərçivəsində çıxış edən BTMİ-nin baş direktoru Grethel Aguilar, “Conservation International” təşkilatının meşə strategiyası üzrə baş direktoru Jason Funk və “Birdlife International” təşkilatının baş meneceri Cathy Yitong Li BTMİ Qırmızı Siyahısında adlarının qeyd olunduğu canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyin birgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasının əhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları ilə bölüşdülər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see341

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see120

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see116

6 cı cinayətindən bəraət aldı

29 İyul 2025 16:33see116

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see116

3 ağır ürək diaqnozu olan xəstə ölümdən son anda qurtuldu

29 İyul 2025 16:32see115

Bu qədər pulu varsa, ABŞ nin dövlət borcunu ödəsin Zaxarovadan CAVAB

29 İyul 2025 17:33see114

Həftə sonunadək hava isti olacaq

29 İyul 2025 16:49see113

20 dəqiqəlik yuxu ürəyi qoruyur Peyğəmbərin tövsiyəsi elmlə sübut olundu

29 İyul 2025 16:26see111

Uşaq stomatoloji klinikasından şikayət

29 İyul 2025 17:46see110

Nərimanovda qaz olmayacaq

31 İyul 2025 09:33see110

Silahlılar hərbi bazaya hücum edərək 50 yə yaxın əsgəri öldürüblər

30 İyul 2025 04:03see110

Yevlaxda qəza oldu 7 nəfər yaralanıb

29 İyul 2025 19:58see110

Gəncə MKTB yenə T.T.Ş. İnşaat MMC yə tender verdi Bu dəfə 712 min...

29 İyul 2025 18:21see110

Dabaq xəstəliklərindən azad zonalar yaradılır

29 İyul 2025 17:36see110

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb

30 İyul 2025 06:05see110

Qaradağda sənədsiz tikili söküldü FOTOLAR

29 İyul 2025 17:42see110

Çindən ABŞ ın təhdidlərinə cavab: Rusiyadan neft alışı...

31 İyul 2025 01:48see109

Nissan birinci maliyyə rübündə xalis zərər açıqlayıb

31 İyul 2025 09:32see109

“Çinlə ədalətli razılaşma əldə edəcəyik” Tramp

31 İyul 2025 01:52see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri