Icma.az
close
up
RU
Leyla Əliyeva əlilliyi olanlar üçün sosial xidmət müəssisələrində olub

Leyla Əliyeva əlilliyi olanlar üçün sosial xidmət müəssisələrində olub

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

SİA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.

Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.

Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb.

Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

Təlim kursunda olan gənclər “İnnabı” rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri