Icma.az
close
up
RU
Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib

Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın Reykyavik şəhərində keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclası və ilk hibrid dinləməsində videokonfrans formatında iştirak edib. Tədbir Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə baş tutub.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva COP29-un ev sahibi olan Azərbaycan Respublikasının bu sahədə apardığı təşəbbüslər, əldə etdiyi nailiyyətlər və qazandığı təcrübə barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də ciddi ictimai sağlamlıq problemi kimi qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Çıxışında Azərbaycanın son illər ərzində həyata keçirdiyi su resurslarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığına yönəlmiş layihələrdən söz açıb. Leyla Əliyeva, həmçinin, IDEA İctimai Birliyi tərəfindən təşəbbüs göstərilmiş müxtəlif layihələr vasitəsilə gənclərin iqlim və sağlamlıq mövzularında fəal iştiraka cəlb olunmasının vacibliyini vurğulayıb. O, beynəlxalq ekspertləri və təşkilatları bu istiqamətdə daha geniş əməkdaşlığa dəvət edib.

Leyla Əliyevanın çıxışından sonra tədbirdə söz alan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klüge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi təşəbbüskarlıq və liderliyini yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, Azərbaycan təkcə regionda deyil, həm də qlobal miqyasda iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır və bu sahədə nümunəvi yanaşmalar sərgiləyir. Çıxışı zamanı Hans Klüge, həmçinin, iqlim dəyişikliyi və ictimai sağlamlıq sahəsində həyata keçirilən layihə və təşəbbüslərə verdiyi töhfələrə görə Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.

Qeyd edək ki, İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən iqlim dəyişikliyinin insan sağlamlığına təsirini ön plana çəkmək məqsədilə yaradılmış yüksəksəviyyəli məsləhətçi qurumdur. Komissiyanın əsas məqsədi iqlim dəyişikliyi fonunda sağlamlığa yönəlmiş təhdidlərə qarşı sektorlararası əməkdaşlığı təşviq etmək və konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Komissiya Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə fəaliyyətinə başlayıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri