Icma.az
close
up
RU
Leyla Əliyeva və Arzu Əliyeva “Zəfər sevinci” musiqili ədəbi tədbirdə FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “Zəfər sevinci” musiqili ədəbi tədbirdə FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Bizim.Media xəbər verir ki, tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva şəhidlərimizin qəhrəmanlığının hər zaman xalqımızın qürur mənbəyi olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.
 

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında Vətən müharibəsində qazandığımız Qələbənin xalqımız üçün mənəvi əhəmiyyətindən, şəhidlərin igidliyinin və qəhrəmanlığının gələcək nəsillər üçün örnək rolundan danışıb.


Tədbirdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin ifasında xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrini, azad edilmiş şəhər və kəndlərin görüntülərini, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsini əks etdirən videoçarx nümayiş olunub.












Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri