Icma.az
close
up
RU
Leyla Əliyevanın çağırışı ilə BÖYÜYƏN XOCALILAR

Leyla Əliyevanın çağırışı ilə BÖYÜYƏN XOCALILAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2014-cü ildən bəri hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrindən zənglər alıram. Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirlmiş “25 uşaq”dan bəhs edən (o uşqaların ən kiçiyi Xocalı soyqırımı yaşındadır.) “Böyüməyən uşaqlar” kitabını istəyirlər.

Əminəm ki, bu kitabı başqa biri yazsaydı, zənglər ona gələcəkdi. Dəqiq olanı odur ki, bu zəng müəllifə gəlmir, “Böyüməyən uşaqlar”a gəlir. Bu həm də onu göstərir ki, “Böyüməyən uşaqlar” Xocalı soyqırımının əbədi atributuna çevrilib.

Hiss edirəm ki, bu kitab mətndən böyükdür, hadisəni xatırlatmqla yanaşı izah edir.

Görürəm ki, “Böyüməyən uşaqlar” kitabı məhz belə bir topludur, belə bir məsuliyyətin adıdır. Bu kitab Xocalı soyqırımını ən sərt, təsirli, inandırıcı təbəqəsini önə çıxarır.

Bu təbəqə isə uşaqlardır, uşaq şahidliyidir. Uşaq şahidliyi isə emosional arqumentlərdən uzaq, faktın ən təmiz formasıdır. Çünki uşaq şahidliyi bəzən ən ağır cümləni ən sadə sözlə deyir. Necə deyərlər, “şərh” vermir, “göstərir”.

Kitabın müəllifi özüm olsam da, nə səbəbdəndir bimirəm, onu tez-tez varaqlayıram, hər dəfə də yeni nəsə görürəm. Burada əsas məqam odur ki, 25 uşağın dəhşətli həyat heykayələri bir-birini tamamlayır. 25 taleyin ortaq kökü görünür.

Bu kitabda bir gecənin yüzlərlə günə necə yayıldığı, bir travmanın onilliklər boyu necə yaşadığı görünür. Ən dəhşətlisi odur ki, kitabda “yaş almaq”la “böyümək” arasındakı fərq aydın olur.

Məhz fərq kitabın adında kodlaşdırılıb və cəmiyyətin yaddaşına mesaj verir. Bu mesajı dünyaya çıxarmaq üçün isə yalnız qələm kifayət etmirdi, sistemli dəstək tələb edirdi. Sistemli dəstək isə Heydər Əliyev Fondunun xətti ilə təmin olundu.


Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Mənə görə bu tarix həm də 25 uşağın içində dayanan vaxtın adıdır. Həmin gecə 25 uşağın ata-anası onların gözləri önündə qətlə yetirildi. Baş verənlər tək ölümü deyil, gələcəyin yaralanmasını da ehtiva edir. “Gələcək həyat güllələndi” ifadəsi bədii səslənə bilər. Amma sosial reallıq kimi dəqiqliyi var. Çünki uşağın gələcəyi ailənin varlığı ilə qurulur. Ailə dağılanda, sabah da dağılır.

Mən “böyümənin dayanması”nı bu kitabı yazarkən yaşadım. 25-lər həmin anı uşaq dili ilə göstərir, cəmiyyətə siqnal kimi təqdim edir. Bu siqnalın qlobal auditoriyaya çıxması isə Fondun xətti ilə sistemləşdi.

Səmimi deyim, əslində bu kitab təsadüfən yazıldı. Amma təsadüfün içindəki zərurət özünü göstərdi.

2013-cü ildə Xocalıdan olan Mehdidən müsahibə götürürdük. Mehdinin hər iki valideyni, qardaşları Xocalıda qətlə yetirilmişdi. Onun danışdıqları dəhşət idi. Mehdi danışdıqca zaman dayanır, fevralın soyuğu geri qayıdır, görünməyən bir həqiqət aydın olurdu. O həqiqət belə idi ki, yaşı 30-un üstündə olsa da, o hələ də uşaqdır, böyüməyib, uşaq olaraq qalıb. Mehdi bu halın tək olmadığını dedi. Bildirdi ki, onun kimi daha 25 uşaq var, 25 uşaq eyni gecənin içində qalıb. Bu cümlədən sonra kitab ideyası artıq zərurət idi.

Sonra Mehdi ilə eyni dərdi daşıyan Xəzangüllə müsahibə etdik. Onun danışığı adamın qanını dondururdu. Uşaq şahidliyi hadisəni bəzəmir, olduğu kimi gətirirdi. Bilirdim ki, uşaq dili informasiyanın ən inandırıcı formasıdır. Məhz bu səbəbdən kitabın konsepti “uşaq dili” üzərində quruldu. Belə olanda konsept həm etik, həm də kommunikativ baxımdan güclü olur. Universal anlaşılmaq isə beynəlxalq yayım üçün əsas şərtdir. Beynəlxalq yayım ideya ilə məhdudlaşmır, resurs və koordinasiya tələb edir. Bu koordinasiya xətlərinin əsasını Heydər Əliyev Fondunun xətti təşkil etdi.

Qərara gəldim ki, bir nəfərin hekayəsi yetərli deyil, 25 hekayənin sistemli toplusunu qurum. Hər uşağın hekayəsini ayrıca dinlədik, xatirəsini ayrıca dəqiqləşdirdik.

Həmin uşaqlarla bir yerə toplanıb görüşmək fikir məni rahat buraxmırdı və nəhayət, belə bir görüşü Heydər Əliyev Sarayının qarşısında keçirdik. O görüş mənə Xocalı soyqırımından da ağır təsir bağışladı. Görüşdə soyqırımının “sonrası” vardı. İllər boyu daşınılan sükut, parçalanmış uşaqlıq vardı. Məlum oldu ki, onlar 2, 3, 4, 5, 6 yaşlarında ayrılıblar. Çoxu biri-birini tanımırdı. Tanış olmağa başladılar. Dəhşət idi, “Uşaq bağçasındakı sən idin”, “O uşaq sən idin”, “O, mən idim” deyənlər oldu. Beləcə tanışlıq başladı. Sonra qucaqlaşma, ağlaşma... Bu ağlaşma yaddaşın danışması idi.


Onların hekayələrini kitablaşdırmaq ağır proses oldu. Onları dinləmək dözülməz idi, həmin an onaları fikirləşirdim. Danışdıqca 1992-ci ilin 25 fevralından 26 fevralına keçən gecəyə gedirdilər, yenidən soyqırımı yaşayırdılar. Bu, çox əzablı idi. Amma kitab yazılmalı idi.

Məsələ barədə Heydər Əliyev Fondu xəbər tutan kimi dəstəyi üzərinə götürdü. Fondun dəstəyi layihəni fərdi təşəbbüsdən institusional işə çevirdi. Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyeva xüsusi həssaslıqla yanaşırdı. Demək olar ki,  Xocalı ilə bağlı bütün tədbirlərə həmin uşaqlar dəvət edildi. Bu şahidliyi beynəlxalq auditoriyaya çıxaran platforma Fondun xətti oldu. Bu dəstək kitabın missiyasını genişləndirdi.

Az keçmədi həmin uşaqlar kompakt yaşayış üçün Romanada evlə təmin olundular. Bu xətt humanitar yanaşmanın göstəricisi, travmanın gündəlik həyat ölçüsünün nəzərə alınması idi. Fondun xətti layihəni yalnız mətndə saxlamadı. Şahidlərin sosial rifahına da toxundu.

Fondun xətti ilə kitab 7 dildə çap olundu. Bu, layihənin informasiya strategiyası, yeni auditoriyalara giriş planı oldu. Təbii ki, hər dil yeni oxucu deməkdir. Oxucu artdıqca müzakirə də çoxalır və Xocalı həqiqətinin görünməsi sürətlənirdi.

Bu gün kitab dünyanın müxtəlif ölkələrinin kitabxanalarındadır, bu, təsadüf deyil. Bu, sistemli yayım, Fondun xətti ilə qurulan koordinasiyanın nəticəsidir. Kitabın 7 dildə onlayn tirajlanması da mühüm mərhələdir. Onlayn yayım sərhədləri sıfırlayır. Sərhədlər sıfırlananda, həqiqət daha sürətli yayılır. Bu sürətin arxasında da Fondun xətti ilə qurulan plan dayanırdı. Fondun xətti bu kitabı işıq üzü görən sənədə çevirdi.


Xocalı unudulmayacaq tarixi səhifəmizdir. Xocalı tək keçmiş deyil, bu günün də məsuliyyətidir. “Böyüməyən uşaqlar” kitabı bu məsuliyyətin yazılı sənədidir. Bu kitab Xocalı soyqırımının danışan dili, canlı şahididir. Bu kitab soyqırımına şəksiz sübutdur. Bu sübutun dünya miqyasına çıxması isə Heydər Əliyev Fondunun xətti ilə mümkün oldu.

Böyüməyən uşaqların böyümələri üçün təkcə illərə yox, ədalətin eşidilməsinə ehtiyac duyurdu. Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” o uşaqaları böyütməyə başladı. Yerlə yeksan edilmiş Xocalı dirilməyə başladı. Çünki bu ədaləti dünya "Xocalıya ədalət"lə eşitməyə başladı.

2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ işğaldan azad edildi. Bu qələbə həm də yaddaşın dirçəlişi idi. Xocalıya gedən yol göründü. Bu yol 25 uşağın içində dayanan zamanın hərəkətə keçməsi idi.

2023-cü ildə Azərbaycanın qəhrəman oğulları Ali Baş Komandanın Böyük Sərkərdəliyi ilə Xocalını da azad etdilər. Xocalının azad olunması yarımçıq qalmış talelərin tamamlanması istiqamətində atılmış tarixi addım idi. Bu, illərlə susan yaddaşın ayağa qalxması idi.

Xocalı dirildi. Dirilən təkcə şəhər olmadı. Dirilən ümid, inam oldu. Dirilən “böyüməyən uşaqlar”ın içində donub qalmış zaman oldu.

Böyüməyən uşaqlar böyüdü.

Bu gün Xocalı soyqırımının 33-cü ildönümüdür. Bu soyqırımını Azərbaycan heç zaman unutmayacaq. Çünki soyqırımı günü gələcəyin məsuliyyəti, yaddaşla ədalət arasında qurulan körpüdür.


Bu gün deyə bilirik ki, Xocalı qayıdışın simvoludur.

Böyüməyən uşaqlar böyüdü.

Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” çağırışı illər boyu beynəlxalq platformalarda səsləndi. Bu çağırış sistemli yaddaş siyasəti idi. Bu çağırış uşaq şahidliyini dünya tribunalarına çıxaran xətt idi. Bu çağırış həqiqətin sərhədləri aşmasına xidmət edən yol idi.

Xocalı dirilibsə, deməli, ədaləti bərpa etmişik. Böyüməyən uşaqlar böyüyübsə, deməli, zaman yerinə qayıdıb. Bu qayıdış isə yaddaşın, mübarizənin və ədalətə inamın nəticəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri