Icma.az
close
up
RU
Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarıdır.

Artıq uzun illərdir ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə "Key to life" fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə "Ekoloji mühitin qorunmasına görə" xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva həmçinin sosial və ekoloji layihələri özündə birləşdirən "Məktəb bağları" layihəsinin təşəbbüskarıdır.

Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə "Puşkin" medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, "Əli və Nino" filminin icraçı prodüseri olub, eləcə də, "Bakı, mən səni sevirəm" kinolayihəsinə rəhbərlik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 İyul 2026 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri